• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dekabrın 15-də Azərbaycan Dillər Universitetində Milli TEMPUS İnformasiya gününə həsr olunmuş konfrans keçirilib.

Avropa Birliyinin TEMPUS proqramının Bakı ofisinin və qeyd olunan ali təhsil müəssisəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə təhsil naziri Misir Mərdanov, təhsil nazirinin müavini Elmar Qasımov, Avropa Birliyinin Bakıdakı xüsusi nümayəndəsi səfir Rolan Kobia, Avropa Komissiyasının Təhsil və Mədəniyyət üzrə İcraçı Agentliyinin (EACEA) əməkdaşı, TEMPUS proqramı üzrə məsul şəxs Franz Steidele, eləcə də ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
 Tədbiri giriş sözü ilə Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov açaraq konfrans iştirakçılarını salamlayıb və TEMPUS proqramının təhsil sahəsində mühüm əhəmiyyət kəsb etdiyini bildirib. S.Seyidov Dillər Universitetinin Avropa ölkələrinin qabaqcıl universitetləri ilə TEMPUS proqramı çərçivəsində səmərəli əməkdaşlığa malik olduğunu qeyd edib. O, TEMPUS proqramı çərçivəsində ölkəmizdən olan universitetin Avropa Birliyi layihəsində ilk idarəçiliyi və Avropa universitetlərinin Azərbaycan tərəfindən ilk koordinasiyasını aparmasını Azərbaycan təhsilinin böyük uğuru kimi qiymətləndirib. Rektor büdcəsi 1 milyon 100 min avro olan bu layihənin Azərbaycanın təhsil idarəçiliyində zəngin beynəlxalq təcrübə əldə edilməsi və təhsil sahəsində islahatların daha da inkişafına təkan verəcəyinə əminliyini ifadə edib.
Təhsil naziri Misir Mərdanov çıxışında Avropa İttifaqının TEMPUS proqramında ölkəmizin iştirakından danışıb. TEMPUS proqramının fəaliyyət tarixindən bəhs edən təhsil naziri bildirib ki, Azərbaycan bu proqrama 1995-ci ildən qoşulub və indiyə qədər 22 layihədə iştirak edib. ADU-nun TEMPUS proqramının layihə koordinatoru seçilməsini yüksək qiymətləndirən Misir Mərdanov bu universitetin Azərbaycanda aparıcı ali təhsil ocaqlarından biri olduğunu vurğulayıb. Təhsil naziri həyata keçirilən layihənin dünya təhsil sisteminə inteqrasiya baxımından əhəmiyyətinə toxunub, Avropa İttifaqının Təhsil komissarlığı ilə birbaşa təmasların qurulmasının vacibliyini nəzərə çatdırıb.
Sonra çıxış edən Avropa İttifaqının Bakıdakı xüsusi nümayəndəsi səfir Rolan Kobia Azərbaycanla təmsil etdiyi qurumun əlaqələrindən söhbət açıb. Proqramın əhəmiyyətindən danışan R.Kobia Azərbaycanın bu layihədə iştirakını yüksək dəyərləndirib. Onun sözlərinə görə, proqram Azərbaycan və Avropa təhsil müəssisələri arasında mövcud əlaqələrin daha da inkişaf etməsinə təkan verəcəkdir.
Tədbirdə Milli TEMPUS Ofisinin rəhbəri Pərviz Bağırovun “Azərbaycanda TEMPUS və Milli TEMPUS Ofisinin rolu” və “Avropa Birliyinin digər proqramlarında Azərbaycan Universitetləri üçün imkanlar” mövzularından bəhs edən məruzəsi dinlənilib. P.Bağırov məruzəsində kurikulum, universitetin idarəolunması, keyfiyyətin təminatı, beynəlxalq münasibətlərin yaradılması, Azərbaycan universitetlərinin proqramda iştirakından geniş bəhs edib.
 “TEMPUS proqramına müraciət etmək üçün yeni elektron qaydaları”  haqqında isə TEMPUS proqramı üzrə məsul şəxs, Avropa Komissiyasının Təhsil və Mədəniyyət üzrə İcraçı Agentliyinin (EACEA) əməkdaşı Franz Steidele danışıb. Franz Steidele Avropa Birliyinin fəaliyyət proqramları və əməkdaşlıq, Avropa təhsil sistemi, eləcə də elektron müraciət qaydaları haqqında konfrans iştirakçılarına məlumat verib. 
ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova “Azərbaycan Dillər Universitetində TEMPUS layihələri” mövzusunda çıxış edib. O, Azərbaycan Dillər Universitetinin layihənin koordinatoru olduğunu və 3 il müddətində həyata keçiriləcək layihədə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və Azərbaycan Müəllimlər İnstitutunun da yaxından iştirak etdiyini bildirib.
Sonda səslənən məruzələr ətrafında müzakirələr aparılıb.


8 il əvvəl