• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dekabrın 14-də Təhsil Nazirliyində orta məktəblərin IX-XI sinif şagirdləri və universitet tələbələri arasında keçirilmiş “Gələcək nəsillərlə üz-üzə” III Ümumrespublika inşa müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi olub.

Qeyd edək ki, inşa müsabiqəsi Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Minilliyin Layihəsi”nin Azərbaycan bölməsi − Azərbaycan Futuroloqlar Cəmiyyətinin birgə layihəsi ilə təşkil edilib.
Mərasimdə “Qlobal Minillik Prizi” beynəlxalq müsabiqənin təsisçisi və prezidenti, “Minilliyin Layihəsi”nin Meksika üzrə bölməsinin rəhbəri Konsepsion Olavarrieta, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, gənclər və idman naziri Azad Rəhimov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, eləcə də müxtəlif dövlət qurumlarının nümayəndələri, digər universitet rektorları, məktəb direktorları və müəllimlər də iştirak edib.
Təhsil naziri Misir Mərdanov mərasimi giriş sözü ilə açaraq öncə iştirakçıları salamlayıb və bu tədbirin keçirilməsində bir neçə dövlət qurumunun, müvafiq təşkilatların xüsusi rolu olduğunu vurğulayıb. Nazir “Gələcək nəsillərlə üz-üzə” III Ümumrespublika inşa müsabiqəsinin hər il Azərbaycan məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirildiyini, bu ildən etibarən isə universitet tələbələrinin də müsabiqədə iştirak etdiyini bildirib. Nazir qeyd edib ki, müsabiqəyə təqdim edilən inşa yazıları “Minilliyin Layihəsi”nin (www.millennium-project.org) 15 Qlobal Çağırışına uyğun 15 mövzunu əhatə edib, şagird və tələbələrin iştirakı, eləcə də mövzu seçimi sərbəst olub.
İnşa müsabiqəsinin nəticələrindən bəhs edən Misir Mərdanov məlumat verib ki, bu il inşa yazılarının münsiflər heyəti tərəfindən qiymətləndirilməsi nəticəsində 657 şagird və 423 tələbə 15 Qlobal çağırış üzrə I, II və III yerlər uğrunda mübarizə aparıb. İştirakçılar arasından 58 qalib seçilib və onlardan 37-si şagird, 21-i isə tələbədir. Təhsil naziri bu müsabiqədə ölkəmizin ayrı-ayrı bölgələrindən orta məktəb şagirdlərinin, müxtəlif universitetlərdən tələbələrin iştirakını fərəhləndirici hal kimi dəyərləndirib. Nazir bildirib ki, müsabiqənin şagird finalçıları sırasında Bakı şəhəri üzrə 10, Sumqayıtdan 5, İsmayıllıdan 4, Zərdab, Ağdam, Hacıqabuldan 2, Quba, Tərtər, Qax, Zaqatala, Neftçala, Lənkəran, Ağcabədi, İmişli, Kürdəmir, Samuxdan isə 1 nəfər müvafiq yerlərə layiq görülüb. Qeyd olunub ki, Azərbaycan Dövlət İqtisad Universitetindən 5, Bakı Slavyan Universitetindən 3, Azərbaycan Dillər Universitetindən 2, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Tibb Universiteti,  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Müəllimlər İnstitutu, bu institutun Qazax və Ağcabədi filialları, Gəncə Dövlət Universiteti,  Naxçıvan Müəllimlər İnstitutu, Azərbaycan Texnologiya Universiteti və Xəzər Universitetindən 1 tələbə müsabiqədə yer tutub.
Təhsil naziri Misir Mərdanov müsabiqənin keçirilməsində Azərbaycan Futuroloqlar Cəmiyyətinin sədri Reyhan Hüseynovanın xüsusi əməyi olduğunu qeyd edib. Çıxışının sonunda nazir müsabiqə qaliblərini  təbrik edib və onlara yeni-yeni uğurlar arzulayıb.
Azərbaycan Futuroloqlar Cəmiyyətinin sədri R.Hüseynova “Gələcək nəsillərlə üz-üzə” inşa yazı müsabiqəsinin məqsədləri, iştirakçıları və mövzular haqqında ətraflı məlumat verib. O, hərtərəfli dəstək üçün müvafiq dövlət qurumlarına təşəkkürünü bildirib, Azərbaycan gənclərini belə müsabiqələrdə daha fəal iştirak etməyə səsləyib və qazanılan uğurların ölkəmiz üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Sonra ötənilki müsabiqələrdə azərbaycanlı gənclərin mükafatlandırılma mərasimindən hazırlanmış video-süjet nümayiş olunub.
Mərasimdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, “Qlobal Minillik Prizi” beynəlxalq müsabiqənin təsisçisi və prezidenti, “Minilliyin Layihəsi”nin Meksika üzrə bölməsinin rəhbəri Konsepsion Olavarrieta çıxış edib, “Gələcək nəsillərlə üz-üzə” inşa müsabiqəsinin əhəmiyyəti və yüksək intellektli gənclərin yetişdirilməsində rolu barədə fikirlərini bildiriblər.
Tədbirdə müsabiqə qaliblərinə diplom və hədiyyələr təqdim olunub.
Sonda müsabiqə qalibləri çıxış edərək onlara göstərilən yüksək diqqət və qayğıya görə təşəkkür ediblər.


8 il əvvəl