• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dekabrın 13-də Almaniyanın Konrad Adenauer Fondu tərəfindən "Hyatt Regency" otelinin "Bakı" zalında "Demokratiya Sizinlə başlayır" layihəsinin təqdimatı keçirilib.

Məlumat üçün qeyd edək ki, cari dərs ilindən başlayaraq Bakıdakı 5, 177, 138, 183, 279, 238, 308, Gəncədəki 6, 21, 43, Şirvan şəhərindəki 9, 10, Qusar rayonu 1, 3 və 6, Göyçay rayonu 1, 3, Astara rayonu 1, 2 nömrəli və Maşxan kənd məktəblərində “Demokratiya Sizinlə başlayır” layihəsi həyata keçirilməkdədir. Layihə IX-X sinif şagirdləri və həmin siniflərdə tarix, insan və cəmiyyət fənlərini tədris edən müəllimləri əhatə edir. Pilot məktəblərdən seçilmiş 60 nəfər müəllim üçün nəzərdə tutulmuş təlimlər 14-18 dekabr tarixlərində beynəlxalq ekspertlər tərəfindən keçiriləcəkdir.
Layihənin məqsədi şagird və müəllimlərin demokratik idarəetmə üzrə bilik və bacarıqlarının artırılmasından, siyasi biliklərinin daha da təkmilləşdirilməsindən, bu istiqamətdə Avropa ölkələrinin gəncləri ilə təhsil mübadiləsi aparmaqdan ibarətdir.
Təqdimat mərasimində Avropa Birliyinin Azərbaycandakı nümayəndəsinin siyasi müşaviri, Avropa Şurasının Bakı Siyasi Biliklər proqramının məşvərət şurasının üzvü, pilot məktəblərin direktor və müəllimləri iştirak ediblər.
Tədbirdə Almaniyanın Konrad Adenauer Fondunun Cənubi Qafqaz bölümünün direktoru Katya Plate və Təhsil Nazirliyinin aparıcı məsləhətçisi Sevil Məmmədova çıxış edib.
İştirakçıları maraqlandıran bütün suallar Beynəlxalq ekspertlər tərəfindən cavablandırılıb.


8 il əvvəl