• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Aprelin 13-də təhsil naziri Misir Mərdanov Dünya Bankının ölkəmizə gəlmiş missiyası ilə görüşüb.

Qonaqları səmimi salamlayan nazir Təhsil Sektorunun İnkişafı üzrə I layihə çərçivəsində fəaliyyət istiqamətləri və bu layihənin müddətinin uzadılması məsələsindən söz açıb. Nazir ilkin layihədə qeyd olunan tapşırıqların həyata keçirilməsi istiqamətində reallaşdırılan tədbirlər, müəllim və peşə hazırlığı, yeni kurikuluma keçid və bununla bağlı dərslik komplektlərinin hazırlanması, qiymətləndirmə üzrə aparılan işlər barədə qonağa məlumat verib. Eyni zamanda nazir 2009-2010-cu tədris ili üzrə orta məktəblərin II sinifləri üçün dərsliklərin hazırlanması istiqamətində müvafiq iş aparıldığını, mayın sonunadək nəzərdə tutulan komplektlərin hazır olacağını bildirib. Nazir, həmçinin əlavə təhsil, adambaşına maliyyələşdirmə və rasionallaşdırma üzrə tədbirlərin də diqqət mərkəzində olduğunu qeyd edib.
Missiyanın rəhbəri, Dünya Bankının təhsil üzrə eksperti cənab Xuan Moreno nazirə görülən işlərlə bağlı ətraflı məlumat verdiyi üçün təşəkkür edib.X.Moreno II layihədə nəzərdə tutulan məsələlər üzrə nazirliyin müvafiq şöbələrində görüşlər keçirdiklərini və səmərəli müzakirələr apardıqlarını qeyd edib. Qonaq, həmçinin təhsil statistikası üzrə nazirliyin onlara təqdim etdiyi hesabatdan razılığını ifadə edib.
Səmimi və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə II layihədə nəzərdə tutulan digər məsələlər ətrafında müzakirələr aparılıb.


8 il əvvəl