• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dekabrın 13-də Avropa İttifaqının maliyyə dəstəyilə Britaniya Şurası tərəfindən Təhsil Nazirliyi ilə birgə həyata keçirilən “Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası” layihəsinin İdarəetmə Komitəsinin iclası keçirilib.

İclasda layihənin İdarəetmə Komitəsinin dördüncü hesabatı dinlənilib, mövzu ətrafında müzakirələr aparılıb.
İclas iştirakçılarını salamlayan təhsil nazirinin müavini İsgəndər İsgəndərov Britaniya Şurası tərəfindən Təhsil Nazirliyi ilə birgə həyata keçirilən “Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası” layihəsinin məqsədləri və indiyə qədər görülmüş işlər barədə məlumat verib. İsmayıllı rayonunda Turizm Peşə Təhsili Kompleksinin yaradılması istiqamətində həyata keçirilən tədbirlərdən söz açan İ.İsgəndərov layihənin icra edilməsi üçün yaradılmış İdarəetmə Komitəsinin fəaliyyətinin uğurla davam etdiyini və qarşıda duran vəzifələrin həllində qərarlı olduğunu nəzərə çatdırıb. Layihə çərçivəsində Britaniya Şurası tərəfindən bir sıra tədris səfərlərinin təşkil edildiyini bildirən nazir müavini kurikulumların hazırlanması, onların tətbiqi və qiymətləndirmə sahəsində görülən işlərə diqqət çəkib, tədris ocağının uğurla fəaliyyət göstərməsi üçün Təhsil Nazirliyinin atdığı addımlardan bəhs edib.
Dağlıq Şirvan iqtisadi rayonunda əmək bazarının öyrənildiyini söyləyən Təhsil Nazirliyi Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov bildirib ki, İsmayıllı Turizm Peşə Təhsili Kompleksində ehtiyac duyulan sahələr üzrə kadrlar hazırlanacaq. Şöbə müdiri qeyd edib ki, Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İsmayıllı rayon İcra Hakimiyyəti, Britaniya Şurası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Təhsil Problemləri İnstitutu, İqtisadi İslahatlar Elmi Tədqiqat Mərkəzi və Turizm İnstitutu nümayəndələrinin birgə səyi nəticəsində “Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası” layihəsi uğurla davam etdirilir.
“Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası” layihəsinin rəhbəri Ann Castis layihənin məqsəd və vəzifələri, eləcə də əldə olunmuş nailiyyətlər barədə təqdimat-məruzə edib.
Azərbaycan texniki peşə təhsilinin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən bu pilot məktəbin fəaliyyətinin düzgün qurulmasının vacibliyini önə çəkən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Mikolaj Bekasiak, Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov, Təhsil Nazirliyi Texniki peşə təhsili şöbəsinin baş məsləhətçisi Kamil Ağamalıyev, Tacirlər və İstehsalçılar Birliyinin sədri Sevgim Rəhmanov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Rəna Abdullayeva və başqaları çıxış edib, məsələ ilə bağlı fikirlərini bildiriblər.


8 il əvvəl