• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dekabrın 9-da Bakı Dövlət Universitetində doktorantların və gənc tədqiqatçıların XV Respublika elmi konfransının açılış mərasimi olub.

Tədbirdə təhsil naziri Misir Mərdanov, ali məktəb rektorları, müəllimlər və tələbələr iştirak ediblər.
Konfransı giriş sözü ilə təhsil naziri Misir Mərdanov açaraq tədbir iştirakçılarını salamlayıb. Nazir deyib ki, artıq 15 ildir ənənəvi olaraq keçirilən doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransına qatılan iştirakçıların sayının ilbəil artması gənclərin elmə daha həvəslə yanaşması və bu konfransa olan rəğbətin təzahürü kimi qiymətləndirilə bilər.
Ölkəmizdə təhsil islahatının uğurla həyata keçirilməsindən söz açan Misir Mərdanov onu da bildirib ki, iki gün davam edəcək konfransın işi müxtəlif elm sahələrini əhatə edən 21 bölmədə təşkil edilib, bütün ali təhsil müəssisələrinin, o cümlədən qeyri-dövlət ali məktəblərinin doktorant və gənc tədqiqatçılarının iştirakı üçün şərait yaradılıb və 20 ali məktəbdən 401 tezis təqdim olunub.
“Akademik Ş.F.Mehdiyevin 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 8 noyabr 2010-cu il tarixli sərəncamının icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının konfransda “Ən yaxşı məruzəyə görə” akademik Şəfaət Mehdiyev adına 3 mükafatın verilməsi barədə birgə qərar qəbul etdiyini, həmin mükafatların konfransın yekununda təqdim olunmasının nəzərdə tutulduğunu söyləyən nazir, həmçinin bölmələrin işində fəal iştirak edən tədqiqatçılara Təhsil Nazirliyi tərəfindən sertifikatların təqdim olunacağını vurğulayıb. Belə konfransların Azərbaycan elminin inkişafına mühüm töhfələr verəcəyinə inamını ifadə edən təhsil naziri çıxışının sonunda bütün iştirakçılara uğurlar arzulayıb.
Sonra təhsil nazirinin müavini İradə Hüseynova, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Bakı Dövlət Universitetinin doktorantı Ziya Əmrahov və başqaları çıxış edib, doktorantların və gənc tədqiqatçıların XV Respublika elmi konfransının əhəmiyyəti barədə fikirlərini bildiriblər.
Konfrans öz işini bölmələr üzrə davam etdirir.


8 il əvvəl