• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Noyabrın 22-də “Gülüstan” sarayında Heydər Əliyev Fondunun dəstəyi, Təhsil Nazirliyi, YUNESKO, “Mikrosoft” və “İntel” korporasiyalarının təşkilatçılığı ilə “Təhsil və texnologiya vasitəsilə iqtisadi inkişaf” mövzusunda beynəlxalq konfrans keçirilib.

Macarıstan, Norveç, Böyük Britaniya və digər ölkələrdən olan nümayəndələrin iştirak etdiyi konfrans çərçivəsində günün birinci yarısında Azərbaycan Dillər Universitetində “Ali təhsildə e-tədris”, 132-134 saylı təhsil kompleksində “Milli İKT və Təhsil Strategiyasının inkişafı”, Elitar Gimnaziyada isə “Müəllim və şagirdlər üçün birin-birə təhsil” mövzusunda seminarlar təşkil olunub. Seminar iştirakçıları həmçinin video-konfranslarda iştirak ediblər.
Konfransın açılışında çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, Prezident İlham Əliyevin daimi diqqət və qayğısı sayəsində Azərbaycanda təhsil sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə geniş tədbirlər həyata keçirilir. Məruzə-təqdimatında “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)” çərçivəsində 3693 məktəbdə iş aparıldığını vurğulayan nazir bu müddətdə məktəblərə 30 mindən çox kompüter verildiyini, 1722 təhsil ocağında kompüter siniflərinin yaradıldığını nəzərə çatdırıb. Misir Mərdanov 2005-2007-ci illərdə Bakı, Sumqayıt və Gəncə şəhərlərində 7500-dən çox müəllimin təhsildə informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi üzrə treninqlərə cəlb olunduğunu qeyd edib.
“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən tədbirlərdən söz açan nazir təhsil sistemində İKT infrastrukturunun inkişafı, təhsildə elektron idarəetmə məsələsinin həlli, müəllimlərin İKT bacarıqlarının artırılması, normativ hüquqi bazanın daha da təkmilləşdirilməsi istiqamətində görülmüş işlərdən bəhs edib. Misir Mərdanov nazirliyin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin, eləcə də bütün məktəblərin internetlə təmin olunmasını və kontent filtrasiyasının həyata keçirilməsini təmin edəcək Məlumat və Resurs Mərkəzinin yaradılmasının əhəmiyyəti barədə fikirlərini bildirib.
Azərbaycanda internet istifadəçilərinin 10 faizinin təhsil sisteminin payına düşdüyünü qeyd edən nazir Dövlət Proqramı çərçivəsində 30 tədris müəssisəsində “elektron məktəb” pilot layihəsinin həyata keçirildiyi, 2010-cu ilə qədər 55 min  680 müəllimin İKT vərdişlərinə yiyələndiyi, Proqramın sonunadək bu rəqəmin 114 min nəfərə çatdırılmasının planlaşdırıldığı barədə məlumat verib. Misir Mərdanov bildirib ki, indiyə qədər təxminən 9 min müəllim Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, eləcə də “Microsoft” və HP korporasiyaları ilə birgə həyata keçirilən və ölkə əhalisinin güzəştli şərtlərlə kompüterlərlə təmin olunması məqsədini daşıyan “Xalq kompüteri” layihəsindən yararlanıb. Təhsil naziri onu da qeyd edib ki, hazırda informatika fənni ibtidai siniflərdə də tədris olunduğu üçün hər bir şagirdin kompüterlə təmin olunması məsələsi daha da aktuallaşıb.
“İnformasiya-kommunikasiya texnologiyalarının sosial-iqtisadi və insan resursunun inkişafında xüsusi rolu” mövzusunda məruzə-təqdimatla çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə İKT-nin təhsildə tətbiqini informasiya texnologiyalarının inkişafının ən mühüm istiqamətlərindən biri olduğunu söyləyib. Təhsildə informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsini gələcəyə yönəlmiş mühüm addım kimi dəyərləndirən Elmir Vəlizadə ölkəmizin ali təhsil müəssisələrində ixtisasların təxminən 8 faizinin bilavasitə İKT ilə bağlı olduğunu vurğulayıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təhsildə İKT-nin tətbiqi sahəsində bilavasitə fəaliyyətindən söz açan nazir müavini onu da diqqətə çatdırıb ki, hazırda 145 azərbaycanlı tələbə nazirliyin hesabına dünyanın aparıcı universitetlərində təhsil alır.
YUNESKO-nun İKT üzrə məsləhətçisi Marius Lukosiunas “Müəllimlərin savadlılığı üzrə YUNESKO proqramı” barədə ətraflı məlumat verib. O, təşkilat tərəfindən bütün dünyada İKT üzrə yaradılan 700-dən çox mərkəzdə 1 milyondan çox adamın təlim keçdiyini bildirib.
Daha sonra Macarıstanın sabiq təhsil naziri Balint Magyar, “Microsoft” korporasiyasının rəsmisi Coys Fernandes və Edinburq Universitetinin professoru Çarlz Anderson təqdimatlarla çıxış edib, İKT-nin tətbiqinin bütün sahələrin inkişafı, insan kapitalının formalaşdırılması, məhdudiyyətsiz təhsil almaq baxımından müsbət rolu barədə fikirlərini söyləyiblər.

 


8 il əvvəl