• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva noyabrın 9-da Bakının Nərimanov rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa olunmuş məktəb kompleksinin açılışında iştirak etmişlər.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışı bildirən lenti kəsdilər və bina ilə yaxından tanış oldular.
Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına diqqət və qayğısını əks etdirən fotostendlər, dövlət atributlarına aid xüsusi guşə yaradılmışdır.
Təhsil naziri Misir Mərdanov məlumat verdi ki, tikintisinə 2009-cu ilin yanvarında başlanılmış məktəb binası yüksək keyfiyyətlə və müasir tələblər səviyyəsində inşa olunmuşdur.
Dördmərtəbəli, min şagird yeri olan binada yeni avadanlıq və dərs ləvazimatı ilə təmin edilmiş 26 sinif otağı, 3 laboratoriya, fənn kabinetləri, habelə zəngin kitab fonduna malik kitabxana, 2 kompyuter otağı, akt zalı, şagirdlər üçün istirahət zalları, 100 nəfərlik yeməkxana, müəllim otaqları, inzibati və digər otaqlar vardır. Ölkəmizin orta məktəbləri arasında ilk dəfə burada şagirdlər üçün diskussiya zalları yaradılmışdır.
Təhsil ocağında məktəblilərin fiziki hazırlığının təşkilinə də diqqət yetirilmişdir. Müasir idman qurğuları ilə təmin edilmiş idman zalında həndbol, mini futbol, basketbol və digər idman növləri ilə məşğul olmaq üçün bütün şərait yaradılmışdır. Burada 250 tamaşaçı yeri olan üzgüçülük hovuzu da vardır. Məktəbdə ibtidai hərbi hazırlıq kabineti də fəaliyyət göstərəcəkdir.
Bina havalandırma, videomüşahidə və yanğın həyəcanı sistemi ilə təchiz edilmişdir.
Prezident İlham Əliyev və xanımı sinif otaqlarında, fənn kabinetlərində, kitabxanada, yeməkxanada və idman zalında yaradılmış şəraitlə tanış oldular.  Dövlətimizin başçısı görülmüş işlərdən razılığını bildirdi.
 
AzərTAc.


8 il əvvəl