• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Bakıdakı Rusiya məlumat-mədəniyyət mərkəzində beynəlxalq uşaq rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Bakıdakı Rusiya məlumat-mədəniyyət mərkəzində Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Böyük Vətən Müharibəsində qələbənun 65 illik yubileyinə həsr olunmuş “Heç kim unudulmur, heç nə yaddan çıxmır” layihəsi və “Xilas olunmuş dünya da xatırlayır...” mövzusunda keçirilmiş beynəlxalq uşaq rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Qeyd edək ki, Böyük Vətən Müharibəsində qələbənun 65 illik yubileyinə həsr olunmuş “Heç kim unudulmur, heç nə yaddan çıxmır” layihəsi çərçivəsində cari ilin fevral-iyun aylarında keçirilən ən yaxşı şeir, mahnı və rəsm müsabiqələrində Bakı şəhərindəki 40-dan çox ümumtəhsil məktəb, lisey və gimnaziyanın və respublikanın müxtəlif regionlarından “Rus dilinin intensiv tədrisi” layihəsi üzrə seçilmiş pilot məktəblərin şagirdləri də iştirak ediblər.
“Xilas olunmuş dünya da xatırlayır...” mövzusunda keçirilən beynəlxalq uşaq rəsm müsabiqəsində Azərbaycandan 50 şagird iştirak edib. Rusiya Federasiyası Mədəniyyət Nazirliyi tərəfindən nəşr etdirilmiş müsabiqə qaliblərinin rəsmlərindən ibarət albomda qalib gəlmiş 27 nəfər azərbaycanlı şagirdin rəsm əsəri də əksini tapıb.
Mərasimdə Rusiyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi, Bakıdakı Rusiya məlumat-mədəniyyət mərkəzinin direktoru və Təhsil Nazirliyinin əməkdaşları çıxış edib, müsabiqə laureatlarına, qalib məktəblərin rus dili müəllimlərinə qiymətli hədiyyələr və mükafatlar təqdim olunub.
Tədbir şagirdlərin hazırladığı konsert proqramı ilə davam etdirilib.


8 il əvvəl