• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

2010-cu il 19-26 oktyabr tarixlərində ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış siniflərində təhsil alan şagirdlər, onların valideynləri və imtahan aparılacaq fənlərdən dərs deyən müəllimlərlə təlimatı iş aparılıb.

Şagirdlər, valideynlər və onların fənn müəllimləri arasında maarifləndirmə işinin mütəmadi aparılması ilə əlaqədar müvafiq rayon Təhsil şöbələrinin müəyyən etdiyi metodistlər təlimatlandırılıb və onlara zəruri tapşırıqlar verilib.

Ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama və buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılması işinin təkmilləşdirilməsi
və daha səmərəli təşkili barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri

Ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama və buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılması işinin təkmilləşdirilməsi və daha səmərəli təşkili məqsədilə
 
ƏMR EDİRƏM:
 
2010/11-ci dərs ilində Respublikanın bütün ümumtəhsil məktəblərində (Naxçıvan MR istisna olmaqla) və peşə liseylərində, o cümlədən, ötən dərs illərində buraxılış imtahan­ların­dan qeyri-kafi qiymət alan, müəyyən səbəblərdən ümumi orta və tam orta təhsil səviyyələrini bitirməyən və eksternat qaydasında imtahan vermək üçün müraciət edən şəxslər də əhatə olunmaqla, ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama və buraxılış imtahan­la­rının mər­kəz­ləşdirilmiş qaydada keçirilməsi işinin təşkili məqsədilə yerlərdə təlimati iş aparmaq üçün adları aşağıda qeyd olunanlar göstərilən şəhər və rayonlara 19.10.2010-cu il tarixdən ezam olunsunlar:

1. Nəbi Mahmudov Təhsil Nazirliyi Monitorinq və qiy­mət­ləndirmə şöbəsinin baş  məsləhətçisi

19-23 oktyabr -
Ağsu, Şamaxı, Qobustan

2. Nadir Məmmədov Təhsil Nazirliyi Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi

19-23 oktyabr -

 

Gəncə, Şəmkir

 

 
3. Ceyhun Məmmədov Təhsil Nazirliyi Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi

19-23 oktyabr Qazax, Ağstafa, Tovuz

4. Azər İsmayılov Təhsil Nazirliyi Ümumi şöbəsinin kompüter üzrə mütəxəssisi

19-23 oktyabr -

 Göyçay, Oğuz, Qəbələ, İsmayıllı

5. Azər Nəbiyev Təhsil Nazirliyi Təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsinin böyük məsləhətçisi

19-23 oktyabr -

Hacıqabul, Şirvan, Sabirabad, Saatlı

6. Xəyyam Fərəcov Təhsil Nazirliyi Strateji təhili, planlaşdırma və kadrların idarəolunması şöbəsinin baş məsləhətçisi

19-23 oktyabr -

Balakən, Zaqatala, Qax, Şəki

7. Araz Şamilov Bakı şəhəri üzrə 313 nömrəli məktəbin müəllimi

19-23 oktyabr -

Astara, Lənkəran

8. Alı Məmmədov Bakı şəhəri üzrə Təhsil İdarəsi Metodik Mərkəzinin Sabunçu-Xəzər bölməsinin müdiri

19-26 oktyabr

Ağdam, Füzuli, Xocavənd, İmişli, Cəbrayıl, Laçın, Ağcabədi, Beyləqan

9. Novruz Dəmirov Təhsil Nazirliyi S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyasının direktoru

19-26 oktyabr -

Siyəzən, Şabran, Xızı, Quba, Qusar, Xaçmaz

10. Mirhəsən Cavadov Təhsil Nazirliyi Kimya-biologiya təmayüllü liseyin direktoru

19-23 oktyabr -

Ucar, Zərdab, Kür­dəmir

11. Rəşad Səmədov Təhsil Nazirliyi Məktəbdaxili qiymətləndirmə üzrə milli məsləhətçi

19-23 oktyabr -

Lerik, Yardımlı, Masallı, Salyan

12. Yaşar Zeynalov Təhsil Nazirliyi PISA-nın məlumat üzrə meneceri

19-26 oktyabr -

Göygöl, Samux, Naftalan,Daşkəsən

13. Piralı Əliyev ARTPİ-nin şöbə müdiri

19-23 oktyabr -

Mingəçevir,Ağdaş, Gədəbəy

 
Ezamiyyə xərcləri əsas iş yerləri hesabına ödənilsin.
 
ƏSAS: “Ümumtəhsil məktəblərində, peşə liseylərində buraxılış imta­hanları və şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında Qaydalar”ın 24-cü bəndi
 
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
18 oktyabr 2010-cu il


8 il əvvəl