• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Sentyabrın 6-da "Trend" İnformasiya Agentliyində 4-cü Azərbaycan Beynəlxalq "Təhsil və karyera" sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirilib.

Konfransda Azərbaycan Respublikası Təhsil Nazirliyinin, "İteca Caspian" şirkətinin və "Təhsil və karyera" sərgisinin nümayəndələri iştirak ediblər.
Mətbuat konfransında çıxış üçün ilk söz təhsil naziri Misir Mərdanova verilib. Nazir bildirib ki, 7-9 oktyabr tarixlərində Bakı şəhərində 4-cü Azərbaycan Beynəlxalq "Təhsil və karyera" sərgisi keçiriləcək. Ənənəvi olaraq Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən sərginin təhsil xidmətləri, peşəyönümlü istiqamətləndirmə və gənclərin məşğulluğuna etibarlı zəmanət baxımından regionun əsas illik forumuna çevrildiyini qeyd edən təhsil naziri builki sərgidə 60-dan çox ödənişli və ödənişsiz fakültələrin, kursların, habelə ən müxtəlif ixtisaslar üzrə proqramları özündə birləşdirən 94 təhsil müəssisəsinin təqdim olunacağını diqqətə çatdırıb.
Sərgidə xarici ölkələrin müxtəlif təhsil qurumları, universitetləri və kolleclərinin fəal iştirak edəcəklərini vurğulayan Misir Mərdanov  bu il ilk dəfə olaraq Ankara, İstanbul və İzmirin 15 təhsil müəssisəsini özündə birləşdirən Türk Milli Universitetlər Qrupunun da sərgiyə qoşulacağını bildirib. 
Nazir onu da deyib ki, Azərbaycanın təhsil sektoru sərgidə Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Universiteti, Diplomatik Akademiya kimi daimi iştirakçılar tərəfindən təqdim olunacaq, adı çəkilən təhsil müəssisələrinin əməkdaşları sərgiyə gələn ziyarətçiləri bakalavr və magistratura təhsili sahəsində yeni imkanlarla tanış edəcəklər.
Sonda təhsil naziri Misir Mərdanov KİV nümayəndələrinin suallarını cavablandırıb.


8 il əvvəl