• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Mayın 1-də Bakıdakı 23 saylı orta məktəbdə «British Council» beynəlxalq təşkilatı və Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş 7 pilot məktəbin 55 ingilis dili müəlliminin iştirak etdiyi bir həftəlik təlim kursunun başa catması ilə əlaqədar təqdimat mərasimi kecirilib.

Tədbiri giriş sözü ilə «British Council» un proqramlar üzrə meneceri Gülşən Hüseynova acaraq bildirib ki, bu təşkilat Böyük Britaniyanın digər ölkələrlə təhsil və mədəniyyət əlaqələrini inkişaf etdirən beynəlxalq bir qurumdur. Təşkilatın Təhsil Nazirliyi ilə birgə ilk dəfə müəllimlər üçün yeni və dinamik ingilis dili təlim kursu hazırladığını qeyd edən G. Hüseynova kursun birinci mərhələsinin artıq 2008-ci ilin iyul ayında kecirildiyini nəzərə çatdırıb. O deyib ki, «British Council» təşkilatının trenerləri tərəfindən paytaxtın 23, 134, 6, 7 saylı orta məktəblərində, Ankara və Pişəvəri adına humanitar liseylərdə çalışan 55 müəllimin I və V siniflərdə tədris etdikləri ingilis dili dərslərinin müşahidələri aparılıb. Növbəti tədris ilində II və VI siniflər üçün yeni proqramın təqdim olunması məqsədilə aprelin 27-dən mayın 1-dək ikinci mərhələnin həyata keçirildiyini söyləyən Gülşən Hüseynova bu işdə Böyük Britaniyadan dəvət edilmiş tanınmış ingilis dili mütəxəssisi Julietta Schoenmannın xüsusi rolunun olduğunu diqqətə çatdırıb.
Mərasimdə çıxış edən təhsil naziri Misir Mərdanov Bakının 7 pilot məktəbində müəllimlər üçün keçirilən ən müasir ingilis dili təlim kursunun əhəmiyyətindən söz açıb və yeni olan bu təşəbbüs sayəsində qabaqcıl təlim metodlarının təqdim olunduğunu qeyd edib. Təməli qoyulmuş bu işin yaxın gələcəkdə bütün məktəbləri əhatə etməsinin vacibliyini vurğulayan Misir Mərdanov ingilis dili üzrə savadlı kadrların hazırlanması ilə yanaşı, rus dilinin tədrisində də müasir təlim metodlarının tətbiqinə ehtiyac olduğunu nəzərə çatdırıb. Məktəb rəhbərlərindən və xarici dil müəllimlərindən bu işə məsuliyyətlə yanaşmağı tələb edən nazir səmərəli əməkdaşlığa görə «British Council» beynəlxalq təşkilatının əməkdaşlarına təşəkkürünü bildirib.
Sonda 7 pilot məktəbin 55 ingilis dili müəlliminə təhsil naziri Misir Mərdanov və Julietta Schoenmann tərəfindən sertifikatlar təqdim olunub.


8 il əvvəl