• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Mayın 4-də Təhsil Nazirliyində məktəblilər arasında kompüter layihələri üzrə “Gənc kompüter istedadları” I Respublika müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın həyata keçirilməsinin səmərəliliyini artırmaq, yeni informasiya texnologiyalarının təhsil prosesinə tətbiqini aktivləşdirmək, şagird və müəllimləri İKT-nin geniş tətbiq olunması işinə cəlb etmək, eləcə də istedadlı gənclərin yaradıcılıq potensialının inkişafına nail olmaq məqsədilə Təhsil Nazirliyinin məqsədyönlü fəaliyyətindən söz açıb. Nazir qeyd edib ki, respublika səviyyəsində ilk dəfə həyata keçirilən “Gənc kompüter istedadları” müsabiqəsinə 2007-ci ildə yalnız Bakı şəhərinin məktəbliləri qatılıb, 2008-ci ildə isə müsabiqə Sumqayıt şəhərində təşkil olunub.
Müsabiqəyə marağı, eləcə də ümumtəhsil məktəblərinin İKT ilə təminatı üzrə 1-ci Dövlət Proqramının icrasının yaratdığı imkanları nəzərə alaraq “Gənc kompüter istedadları” müsabiqəsinin respublika səviyyəsində keçirilməsinin əhəmiyyətindən bəhs edən Misir Mərdanov müsabiqənin əsasnaməsinə uyğun olaraq İKT ilə bağlı dövlət və özəl qurumlardan ibarət Təşkilat Komitəsi və Münsiflər Heyəti yaradıldığını nəzərə çatdırıb. Təhsil naziri Təşkilat Komitəsinə AMEA-nın Kibernetika və İnformasiya Texnologiyaları İnstitutlarının, Bakı Dövlət Universitetinin, “Delta Telekom” şirkətinin, “Bakı” nəşriyyatının, Münsiflər Heyətinin tərkibinə isə “HP”, “Microsoft Azerbaijan”, “İntel”, “Delta Telekom”, “Ultra” kimi şirkətlərin və “Multimedia” mərkəzinin nümayəndələrinin daxil edildiyini söyləyib.
Müsabiqədə iştirak etmək üçün məktəblilərin 114 ərizə verdiyini, müxtəlif nominasiyalar üzrə 70 layihənin təqdim edildiyini nəzərə çatdıran nazir deyib ki, dörd nominasiya üzrə 42 layihə yekun turuna buraxılıb və yekun turda Bakı, Sumqayıt, Mingəçevir şəhərlərini, Zaqatala və Şəki rayonlarını təmsil edən məktəblilər fərqləniblər. Təhsil naziri Misir Mərdanov akademik Zərifə Əliyeva adına məktəbin, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin, “Zəngi” liseyinin, Bakı şəhərindəki 134, 286, 313, 56 saylı, Sumqayıt şəhərindəki 21, 23, 25 saylı, Zaqatala rayonundakı 3 saylı, Şəki şəhərindəki 11 saylı məktəblərin şagirdlərinin də yüksək nəticələr əldə etiyini bildirib.
Sonra akademik Zərifə Əliyeva adına məktəbin X sinif şagirdi Rəsul Axundovun “Məktəblinin kalkulyatoru”, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin VIII sinif şagirdi Vüsal Həsənovun və Ceyhun Yusifovun “Qoğal” nağılı, Sumqayıt şəhər 25 saylı orta məktəbin şagirdləri Ömürtay Şükürlünün və Orxan Şükürlünün “İdiomlar” mövzularında hazırladıqları təqdimatlar olub.
Daha sonra məktəblilər arasında kompüter layihələri üzrə “Gənc kompüter istedadları” I Respublika müsabiqəsinin qaliblərinin adları açıqlanıb, I, II və III yeri tutan şagirdlərə Təhsil Nazirliyinin diplomları və xüsusi hədiyyələri (kompüter, LCD-Monitor (TV) və ya videokamera, DVD Player) təqdim edilib.
Onu da qeyd edək ki, final mərhələsinin bütün iştirakçılarına müvafiq sertifikatlar verilib, “Ən orijinal layihə” və “Ən gənc iştirakçı” müəyyənləşdirilib.
Mərasimin sonunda təhsil naziri Misir Mərdanov bütün qalibləri təbrik edib, onlara uğurlar diləyib və ən xoş arzularını bildirib.


8 il əvvəl