• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Mayın 12-də Təhsil Nazirliyində görkəmli alim, əməkdar müəllim, «Şöhrət» ordenli, professor Yəhya Kərimovun anadan olmasının 82 illiyi münasibətilə tədbir keçirilib.

Yığıncaqda təhsil naziri Misir Mərdanov, təhsil nazirinin müavinləri, nazirliyin şöbə və struktur bölmələrinin rəhbərləri, respublikanın tanınmış alim və pedaqoqları, ali məktəblərin prorektorları, paytaxtın bir sıra orta məktəblərinin direktorları iştirak ediblər.
Görkəmli professor Yəhya Kərimovun bir alim kimi Azərbaycan təhsilində özünəməxsus rolundan söz açan təhsil naziri Misir Mərdanov qeyd edib ki, ölkəmizdə ibtidai təlimin elmi əsaslar üzrə qurulması və inkişafı onun adı ilə bağlıdır. Nazir 67 ildir ki, müəllimliklə yanaşı, həm də elmi-tədqiqat işləri ilə məşğul olan Yəhya Kərimovun qələmindən çıxan «Əlifba» kitabının 45 il ərzində dərslik kimi istifadə olunduğunu, onun təkcə dərsliklər tərtib etməklə kifayətlənmədiyini, müvafiq metodik göstərişlərə də müəlliflik etdiyini nəzərə çatdırıb. Görkəmli alimin kifayət qədər yüksək ixtisaslı elmi kadrların yetişməsinə bilavasitə rəhbərlik etdiyini, onlarla gəncin alim kimi formalaşmasına istiqamət verdiyini söyləyən Misir Mərdanov onun nəcib insani keyfiyyətlərindən, zəngin elmi yaradıcılıq fəaliyyətindən ətraflı söhbət açıb.
Ölkə başçısı cənab İlham Əliyev tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan danışan təhsil naziri mütamadi olaraq təhsil işçilərinin fəxri ad, medal və fərdi təqaüdlərə layiq görülməsinin buna bariz nümunə olduğunu bildirib. Nazir qeyd edib ki, dövlət rəhbəri cənab İlham Əliyevin 26 dekabr 2006-cı il tarixli sərəncamı ilə tanınmış alim Yəhya Kərimov Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə «Şöhrət» ordeni ilə təltif olunub, Prezidentin 13 aprel 2009-cu il tarixli sərəncamına müvafiq olaraq ona Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
Çıxışıının sonunda tanınmış alimi öz adından, Təhsil Nazirliyinin əməkdaşları, Azərbaycanın təhsil ictimaiyyəti adından təbrik edən təhsil naziri Yəhya Kərimova möhkəm cansağlığı, elmi pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayıb, son illər təhsillə bağlı nəşr olunmuş kitabları və xüsusi hədiyyəni ona təqdim edib.
Yəhya Kərimovun keçdiyi mənalı ömür yolu, zəngin, çoxşaxəli elmi fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış edən Təhsil Problemləri İnstitutunun direktoru, professor Abdulla Mehrabov onun ibtidai təlim sahəsində respublikamızda ilk axtarışlar aparan və fəaliyyətini elmi-nəzəri əsaslar üzərində quran yenilikçi alim olmasından söz açıb. Abdulla Mehrabov deyib ki, Azərbaycanda savad təliminin nəzəri və praktik məsələləri ilə məşğul olan, onun sistemini işləyən yeganə mütəxəssis kimi Yəhya Kərimov 1958-ci ildən etibarən məktəb islahatlarının hazırlanmasında və həyata keçirilməsində müstəsna rol oynayıb. Təhsil Problemləri İnstitutunun direktor müavini, institutun «Elmi-nəzəri tədqiqatlar» mərkəzinin rəhbəri Yəhya Kərimov haqqında tədbir iştirakçılarına əhatəli məlumat verən professor Abdulla Mehrabov tanınmış alimi Təhsil Problemləri İnstitutunun kollektivi adından təbrik edib.
Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri Hüseyn Əhmədov, akademik Budaq Budaqov, Azərbaycan Dillər Universitetinin kafedra müdiri, professor Nurəddin Kazımov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, professor Əbdül Əlizadə, Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev və başqaları çıxış edərək görkəmli alimin zəngin elmi fəaliyyətinin ayrı-ayrı məqamlarından, onun Azərbaycan təhsilinin inkişafına verdiyi əvəzsiz töhfələrdən söz açıblar. 82 yaşlı alim-pedaqoqun gənc nəslə örnək olduğunu vurğulayan natiqlər ona uzun ömür, cansağlığı, yeni-yeni elmi nailiyyətlər arzu ediblər.
Tədbirin sonunda Yəhya Kərimov ünvanına deyilən xoş sözlər üçün həmkarlarına, dostlarına təşəkkürünü çatdırıb, sevincli gününü onlarla paylaşmasından məmnunluq hissi keçirdiyini söyləyib. Görkəmli alim anadan olmasının 82 illiyi münasibətilə təşkil olunan belə yüksək səviyyəli tədbirə görə təhsil naziri Misir Mərdanova və Təhsil Nazirliyinin bütün əməkdaşlarına minnətdarlığını bildirib.


8 il əvvəl