• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Avqustun 25-də təhsil naziri Misir Mərdanov Almaniya-Azərbaycan Forumunun sədri, Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzer və Almaniya Bundestaqının deputatı Tomas Barays ilə görüşüb.

Qonaqları səmimi salamlayan təhsil naziri Misir Mərdanov belə bir görüşdən məmnunluq duyduğunu ifadə edib. Azərbaycan ilə Almaniya arasında müxtəlif istiqamətlərdə mövcud olan əməkdaşlığın son illər daha da inkişaf etdiyini bildirən nazir təhsil sahəsi üzrə səmərəli əlaqələrin qurulmasında Azərbaycanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzerin gördüyü işlərin böyük önəm daşıdığını nəzərə çatdırıb.
Ölkələrimiz arasındakı səmərəli təhsil əlaqələrinin inkişafı üçün geniş imkanların olduğunu vurğulayan Misir Mərdanov ötən il oktyabrın 25-dən 29-dək Azərbaycan nümayəndə heyətinin Almaniyaya səfəri çərçivəsində müzakirə olunan məsələlərin diqqət mərkəzində saxlanıldığını, Ştutqart Dual Ali Məktəbində, Baden-Vürttenberq Torpağı Elm və Təhsil Nazirliyində və İxtisasartırma Təhsili Akademiyasındakı görüşlərdə irəli sürülmüş təkliflərlə bağlı müəyyən işlərin görüldüyünü bildirib.
Respublikamızın ümumtəhsil məktəblərində Alman dilinin tədrisi, bu istiqamətdə həyata keçirilməli olan zəruri tədbirlərdən bəhs edən nazir “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricə göndərilən tələbələrin sayına görə Almaniyanın ilk üçlükdə qərarlaşdığını söyləyib.
Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzer səmimi qəbula görə təşəkkürünü bildirib və Almaniyanın bütün sahələrdə, eləcə də təhsil sektorunda Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu nəzərə çatdırıb. Müasir tələblər baxımından ən çox ehtiyac duyulan ixtisaslar üzrə kadrların hazırlanması işini təkmilləşdirmək üçün Azərbaycanda nümunəvi texniki peşə təhsili müəssisəsinin təşkilinə yardımçı olmaq təşəbbüsü ilə çıxış edən Otto Hauzer bunun ölkəmizə sərmayə qoymaq istəyən Alman iş adamlarının axınının güclənməsinə əlavə təkan verəcəyini qeyd edib. Almaniyada təhsil alan azərbaycanlı tələbələrlə görüşlərinə toxunan fəxri konsul onlara yaxşı təhsil almaqda hər cür kömək etməyə hazır olduqları, həmin gənclərin gələcəkdə ölkələrimiz arasındakı əməkdaşlığın daha da dərinləşməsinə layiqli töhfələr verə biləcəyi haqda fikirlərini açıqlayıb. Qonaq Alman mütəxəssislərin Azərbaycan Dövlət Neft Akademiyası ilə əlaqələr yaratmaqda və birgə əməkdaşlıqda maraqlı olduqlarını da qeyd edib.
Almaniyada peşə təhsili sisteminin yüksək səviyyədə inkişaf etdiyini və ölkənin sosial-iqtisadi tərəqqisində bu amilin mühüm rol oynadığını nəzərə çatdıran Misir Mərdanov Azərbaycanda nümunəvi texniki peşə təhsili müəssisəsinin yaradılması təşəbbüsünü dəstəklədiyini bildirib. Nazir qeyd edib ki, irəli sürülən təşəbbüs gerçəkləşərsə, bu, Azərbaycan-Almaniya təhsil əlaqələrinin inkişafı yolunda ən əlamətdar hadisələrdən biri olacaqdır. Azərbaycan Dövlət Neft Akademiyasının hələ ötən əsrin 80-ci illərindən Almaniya ali təhsil müəssisələri ilə əlaqələrinin olduğunu söyləyən nazir qarşılıqlı əməkdaşlığın inkişafı üçün geniş imkanların mövcudluğunu vurğulayıb.
Daha sonra bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanda nümunəvi texniki peşə təhsili müəssisəsinin yaradılması üçün birgə işçi qrupunun təşkil edilməsi, ümumtəhsil məktəblərində Alman dilinin tədrisi səviyyəsinin yüksəldilməsi üçün müvafiq tədbirlərin görülməsi, ixtisasartırma təhsili ilə bağlı əməkdaşlığın davam etdirilməsi qərara alınıb.


8 il əvvəl