• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Avqustun 19-da təhsil naziri Misir Mərdanov İraqın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Heydər Şiyə Qubeyşi əl-Barrak ilə görüşüb.

Azərbaycanla İraq arasında yüksək səviyyəli ikitərəfli əlaqələrin mövcud olduğunu bildirən Misir Mərdanov təhsil sahəsində də qarşılıqlı  əməkdaşlığın inkişafının əhəmiyyətindən bəhs edib. Hələ keçmiş İttifaq zamanında müvafiq əlaqələrin olduğunu xatırladan nazir bu istiqamətdə münasibətlərin inkişafı üçün geniş imkanların olduğunu vurğulayıb.
İraqın Azərbaycanla qarşılıqlı münasibətləri daha da yaxınlaşdırmaqda maraqlı olduğunu söyləyən səfir ölkəsinin xarici siyasətdə əsas götürdüyü sabit kursun dəyişmədiyini diqqətə çatdırıb. Heydər Şiyə Qubeyşi əl-Barrak yaxın zamanlarda İraqla Azərbaycan arasında elm, təhsil və bir sıra digər sahələrdə əlaqələrin inkişafına xidmət edən sazişin imzalanmasının nəzərdə tutulduğunu qeyd edib.
Görüşdə iki ölkə arasında tələbə mübadiləsinin aparılması perspektivləri müzakirə edilib və iraqlı tələbələrin respublikamızın ali məktəblərində təhsili ilə bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


8 il əvvəl