• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə

“Təhsil haqqında” Qanunun 14.18-ci bəndinə uyğun olaraq ölkədə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri Prezidentin 23 fevral 2010-cu il tarixli, 225 nömrəli Fərmanı ilə təsdiq olunmuş Əsasnaməyə görə «Tələbə-məzun» dövlət elektron məlumat sisteminə qoşulmalıdırlar. Bununla əlagədar ali və orta ixtisas təhsili müəssisələri tələbə və magistrlər, akademik müvəffəqiyyət, ixtisas dəyişmələri, başqa təhsil müəssisəsindən köçürmələr, (o cümlədən xarici ölkələrdən), tələbələr sırasından xaric edilmələr, bərpalar və Əsasnamədə göstərilən digər məlumatları həmin sistemə daxil etməlidirlər.
Eyni zamanda nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 348-4-cü maddəsinə əsasən ali və orta ixtisas təhsili müəssisələri «Tələbə-məzun» dövlət elektron məlumat sisteminə qoşulmadıqları və ya məlumatları həmin sistemə vaxtında, tam və ya düzgün daxil etmədikləri halda cərimə (vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək miqdarında, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək miqdarda) ediləcəklər.
Ali (orta ixtisas) təhsil müəssisələrində təhsil alan tələbələrin köçürmələrinin mövcud qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinə nəzarəti daha da gücləndirmək və məlumatların elektron məlumat sisteminə vaxtında mərkəzləşdirilmiş şəkildə daxil olunmasını təmin etmək məqsədilə bildiririk ki, qeyri-dövlət və Təhsil Nazirliyinin tabeliyində olan dövlət ali (orta ixtisas) təhsil müəssisələrinə başqa müəssisələrdən və ya müəssisə daxilində bir ixtisasdan digərinə tələbələrin köçürülmələri və xarici ölkə təhsil müəssisələrindən xaric olunanların bərpası Təhsil Nazirliyinin, başqa nazirlik, komitə, idarə və təşkilatların tabeliyində olan ali (orta ixtisas) təhsili müəssisələrində isə həmin qurumların razılığı əsasında həyata keçiriləcəkdir.
Qeyd olunanları nəzərə alıb, mövcud qanunvericilikdə müəyyən olunmuş müddətdə köçürmələr başa çatdıqdan sonra elektron məlumat sisteminə daxil etmək üçün rəhbərlik etdiyiniz təhsil müəssisəsində köçürülmələr barədə məlumatı əlavə edilmiş formaya uyğun bir həftə müddətində Təhsil Nazirliyinə təqdim etmək Sizə tapşırılır.
           
Hörmətlə,
Nazir Misir Mərdanov
№46-03-4808/17
10.08.2010

 
Köçürülən və bərpa olunan (o cümlədən xarici ölkə təhsil müəssisəsindən)
tələbələr haqqında
MƏLUMAT

Tələbənin soyadı və adı Əvvəl təhsil aldığı təhsil müəssisəsinin adı Əvvəl təhsil aldığı ixtisasın adı Köçürüldüyü və ya bərpa olduğu ixtisas Köçürülmə əmrinin tarixi və nömrəsi Təhsil müəssisəsinin tabe olduğu qurumun razılıq məktubu (tarixi və nömrəsi)
             
             
             
             
             
             
             
             
             
             


8 il əvvəl