• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İyunun 1-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında 2009-cu il- “Uşaq ili” çərçivəsində 1 İyun-Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Heydər Əliyev Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin birgə tədbiri keçirilib.

Tədbirdə təhsil naziri Misir Mərdanov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova çıxış edərək ümummilli liderimiz Heydər Əliyevin uşaqları çox sevdiyini, onların problemlərini hər zaman önə çəkdiyini qeyd ediblər.
Çıxış edənlər ölkə Prezidenti cənab İlham Əliyevin uşaqlara xüsusi diqqət və qayğı ilə yanaşdığını bildirib, 2009-cu ilin ümumilikdə “Uşaq ili” elan edilməsini onlara göstərilən qayğının bariz nümunəsi kimi dəyərləndiriblər.
Sonra “Uşaq ili” çərçivəsində yuxarıda adları qeyd olunan dövlət qurumları tərəfindən müxtəlif nominasiyalar üzrə keçirilmiş müsabiqələrin qalibləri mükafatlandırılıb.
 Qeyd edək ki, tədbirdə mükafat alanlar arasında Təhsil Nazirliyi tərəfindən keçirilmiş rəsm və foto müsabiqələrinin qalibləri də olub.
Mərasim incəsənət ustalarının və uşaq bədii kollektivlərinin maraqlı konsert proqramı ilə başa çatıb.
Məlumat üçün bildiririk ki, ölkə Prezidentinin 2009- cu ili “Uşaq ili” elan etməsi haqqında Sərəncamının icrası ilə bağlı Təhsil Nazirliyi tərəfindən hazırlanmış tədbirlər planına əsasən ümumtəhsil məktəblərinin şagirdləri arasında rəsm və foto müsabiqələri keçirilib. Müsabiqənin respublika mərhələsində 400-ə yaxın rəsm və foto şəkillər təqdim edilib. 4 yaş qrupu üzrə keçirilən müsabiqələrdə 24 nəfər I-II-III yerlərə layiq görülüb.


8 il əvvəl