• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İyulun 6-da Təhsil Nazirliyində Azərbaycan Milli Mətbuatının 135 illiyi münasibəti ilə “Təhsil və media: peşəkarlığın artırılmasına dəstək” layihəsi çərçivəsində jurnalistlər arasında keçirilmiş müsabiqə qaliblərinin mükafatlandırma mərasimi olub.

Qeyd edək ki, bu müsabiqə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilib.
Tədbir iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Mətbuat Şurası ilə birgə əməkdaşlıqdan söz açıb, ilk dəfə keçirilən bu müsabiqəyə 45 yazının təqdim olunduğunu diqqətə çatdırıb. Nazir bildirib ki, əsas məqsədi Azərbaycan təhsilində gedən proseslərin geniş ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq, təhsil sahəsindən yazan ixtisaslaşmış jurnalistlər qrupunun formalaşmasına dəstək göstərmək, kütləvi informasiya vasitələrinin təhsil orqanları ilə səmərəli əməkdaşlıq prinsiplərini təbliğ etmək, təhsil mövzusunun mediada geniş şəkildə işıqlandırılmasına şərait yaratmaqdan ibarət olan müsabiqəyə sənəd qəbulu iyunun 10-dan iyulun 1-dək davam edib.
Təhsillə bağlı 15 mövzu üzrə keçirilmiş müsabiqəyə təqdim olunmuş yazıların təcrübəli ekspertlər tərəfindən qiymətləndirildiyini söyləyən Misir Mərdanov 1 nəfərin I yerə, 2 nəfərin II yerə, 3 nəfərin III yerə, 10 nəfərin isə həvəsləndirici yerə layiq görüldüyünü qeyd edib. Müsabiqənin qalibi olan 16 jurnalistin Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Azərbaycan Mətbuat Şurasının xüsusi diplomuna layiq görüldüyünü və onlar üçün pul mükafatının nəzərdə tutulduğunu vurğulayan nazir bu müsabiqənin uğurla başa çatdırılmasında köməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Azərbaycan Milli Mətbuatının 135 illiyi münasibətilə Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən müsabiqəyə qatılmış jurnalistlərin tutduqları yerlərdən asılı olmayaraq, hər birinin qalib olduğunu nəzərə çatdıran Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov belə tədbirlərin gələcəkdə də keçiriləcəyinə ümidvar olduqlarını bildirib, media nümayəndələrini təbrik ediblər.
Sonra müsabiqədə qalib gəlmiş jurnalistlərə diplomlar və pul mükafatları təqdim edilib, onlara yeni-yeni yaradıcılıq uğurları arzu olunub.


8 il əvvəl