• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İyunun 30-da “Hyatt Regency” otelində ənənəvi «İnnovasiya günü» forumu keçirilib.

Azərbaycan Respublikası Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Microsoft Azərbaycan şirkətinin birgə təşkilatçılığı, HP, Ultra və Bestcomp Groupun dəstəyi ilə gerçəkləşən tədbirdə «Xalq kompüteri» layihəsinin əsas mərhələsinin başlanması haqda razılaşma sənədi imzalanıb.
Forumda ali məktəblərin rektorları, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin müvafiq şöbələrinin, müxtəlif şirkət və təşkilatların rəhbərləri, beynəlxalq qurumların nümayəndələri, müəllimlər və KİV təmsilçiləri iştirak ediblər.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri Rüfət Gülməmmədov «Xalq kompüteri» layihəsi ilə bağlı fikirlərini diqqətə çatdırıb. HP-Azərbaycan şirkətinin nümayəndəsi Rüfət Hacıəlibəyov, Bestcomp Group şirkətinin direktoru Rauf Həsənov və Ultra şirkətinin direktoru Tahir Mirkişili layihə çərçivəsində görülən işlər və həyata keçirilən tədbirlər barədə söz açıblar.
Microsoft Azərbaycan şirkəti tərəfindən «Microsoft şirkəti yaxın gələcəkdə bizi necə görür» adlı videoçarx nümayiş etdirilib.
Qonaqları salamlayan təhsil naziri Misir Mərdanov təxminən bir il bundan əvvəl başlanmış layihənin nəticələri barədə məlumat verib, ötən dövr ərzində 8 minə yaxın orta məktəb müəlliminin bu layihədə iştirak etdiyini vurğulayıb. Bu işdə əməyi olanların hamısına təşəkkürünü bildirən təhsil naziri həyatımızı kompütersiz təsəvvür etməyin mümkün olmadığını vurğulayıb. On il əvvəl Azərbaycanda hər 1046 şagirdə 1 kompüter düşdüyü halda, bu gün orta hesabla hər 20 şagirdə 1 kompüter düşdüyünü nəzərə çatdıran Misir Mərdanov bütün bu uğurların Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəstəyi və qayğısı sayəsində mümkün olduğunu bildirib.
Təhsil Nazirliyi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında mövcud olan səmərəli əməkdaşlığa diqqət çəkən nazir artıq orta məktəb müəllimləri ilə yanaşı, ali məktəb müəllimləri və tələbələrin də bu layihədən yararlana biləcəklərini qeyd edib. Azərbaycan müəllimlərinin müasir texnologiyalara tədricən daha geniş yer verdiyini konkret faktlarla əsaslandıran təhsil naziri məktəblərdə elektron tədris resurslarından istifadə edilməsinin üstün cəhətlərinə toxunub, gənclərin və uşaqların bu sahəyə daha çox maraq göstərməsini müsbət hal kimi səciyyələndirib.
Müvafiq sahədə monitorinq aparan beynəlxalq təşkilatların reytinq cədvəlinə əsasən Azərbaycanın təhsil sistemində İKT-nin tətbiqinin Şərqi Avropa səviyyəsini keçdiyini bildirən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bu inkişafın son illər daha geniş vüsət aldığını vurğulayıb. Azərbaycanın təhsil sistemində yüksək texnologiyaların tətbiqinin təhsilin keyfiyyətinə göstərdiyi müsbət təsirdən söz açan Əli Abbasov ölkəmizdə İKT-nin prioritet sahə kimi qəbul olunması, müvafiq dövlət proqramlarının uğurla həyata keçirilməsi istiqamətində aparılan işlər barədə də fikirlərini bildirib.


8 il əvvəl