• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İyunun 25-də Füzuli rayonunun Horadiz şəhərində Azərbaycan Mətbuat Şurası və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Təhsil və mətbuat” mövzusunda regional konfrans keçirilmişdir.

Milli mətbuatın 135 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində keçirilən konfransda təhsil naziri Misir Mərdanov, Milli Məclisin deputatı Aqil Abbas, respublikanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, Ağdam, Ağcabədi, Beyləqan, Xocavənd, Biləsuvar, Cəbrayıl, Bərdə və Laçın rayonlarının təhsil şöbələrinin müdirləri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkına gələrək ümummilli liderin abidəsi önünə çiçək dəstələri qoymuş, xatirəsinə ehtiramlarını bildirmişlər.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Nəbi Muxtarov tədbiri açaraq iştirakçıları salamlamış və konfransın Horadiz şəhərində keçirilməsinə görə təşkilatçılara minnətdarlığını bildirmişdir.
Təhsil naziri Misir Mərdanov diqqəti müzakirə edilən məsələnin əhəmiyyətinə çəkərək, təhsil sistemində baş verən yeniliklər barədə məlumatların obyektiv surətdə ictimaiyyətə çatdırılmasının vacibliyini vurğulamışdır.
Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbirin işğaldan azad olunmuş ərazidə keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirmişdir.
İctimai televiziyanın Yayım Şurasının sədri Cahangir Məmmədli, “Ayna” qəzetinin baş redaktoru Elçin Şıxlı, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Milli Məclisin deputatı Aqil Abbas, Bərdə rayon təhsil şöbəsinin müdiri Rahilə İsmayılova, Füzuli rayon təhsil şöbəsinin müdiri Hafiz Tahirov konfransda çıxış etmiş, təhsil müəssisələri ilə media qurumları arasında qarşılıqlı münasibətlər mövzusu ətrafında müzakirələr aparılmışdır. Çıxışlarda təhsildən yazan jurnalistlərin ixtisaslarının artırılması, “reket” qəzetlərlə mübarizə, bəzi mətbuat orqanlarında müəllim nüfuzuna xələl gətirən materialların dərc olunması və bunun ictimaiyyətə təsiri, jurnalistika fakültələrinə qəbul zamanı qabiliyyət imtahanlarının verilməsi, jurnalistika fakültələrində təhsil alan tələbələrin ixtisaslaşdırılması, təhsil və media münasibətlərindən bəhs olunmuşdur.
Konfransda iştirak edən Milli Məclisin sədr müavini Bahar Muradova sonda çıxış edərək, Azərbaycan jurnalistikasının bugünkü durumu, ölkədə söz və kütləvi informasiya vasitələri azadlığından, ümummilli lider Heydər Əliyevin müstəqil mətbuata verdiyi önəmdən danışmış, KİV-lərdə dərc olunan yazılarda obyektivliyin və həqiqətin əks olunmasının vacibliyini vurğulamışdır.
Sonra tədbir iştirakçıları Zobucuq qəsəbəsindəki orta məktəb və uşaq baxçasında yaradılmış şəraitlə tanış olmuşlar.
 
AzərTAc.


8 il əvvəl