• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İyunun 22-də Təhsil Nazirliyində ölkəmizin ümumtəhsil məktəblərinin XI siniflərində keçirilmiş buraxılış imtahanlarının nəticələrinə həsr olunmuş mətbuat konfransı olub.

Təhsil naziri Misir Mərdanov konfransı giriş sözü ilə açaraq ölkəmizin ümumtəhsil məktəblərinin XI siniflərində keçirilən buraxılış imtahanlarının nəticələri ilə media nümayəndələrini tanış edib. Nazir bildirib ki, imtahanlarda ölkə üzrə ümumilikdə 88815 nəfər (96,54%) iştirak edib. Onlardan 74832 nəfəri (84,26%) müvəffəq qiymət alıb. Nazir əvvəlki illərlə müqayisədə müvəffəq qiymət alanların sayının çoxaldığını də diqqətə çatdırıb. Bakı şəhəri üzrə imtahanlarda 24933, Sumqayıt şəhəri üzrə isə 4083 şagirdin imtahan verdiyini qeyd edən təhsil naziri eyni zamanda 14 minə yaxın XI sinif şagirdinin bir və ya bir neçə fəndən “qeyri-kafi” qiymət aldığını da açıqlayıb.
Misir Mərdanov Təhsil Nazirliyinin internet saytında orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri ilə yanaşı şagirdlərə verilən attestatların seriya və nömrələrinin də göstərildiyini qeyd edib. Nazir, həmçinin, artıq Bakı və Sumqayıt şəhərlərində attestatların verilməsinə başlanıldığını vurğulayıb. Daha sonra Misir Mərdanov cari dərs ilində müxtəlif fənn olimpiadalarının və beynəlxalq səviyyəli idman yarışlarının qalibi olan 51 və xəstəliyə görə isə 570 nəfərin buraxılış imtahanlarından azad olunduğunu nəzərə çatdırıb. Nazir apelyasiya komissiyasının iyunun 26-dək Bakıdakı 276 saylı məktəbdə fəaliyyət göstərəcəyini də qeyd edib.
Təhsil naziri Misir Mərdanov iyunun 23-də əsas və orta təhsil səviyyəsi üzrə eksternat qaydasında keçiriləcək buraxılış imtahanlarında 103 şagirdin, habelə bu il üzürlü səbəbdən buraxılış imtahanlarında iştirak etməyən 13 şagirdin iştirak edəcəyi barədə məlumat verib.
Mətbuat konfransında o da qeyd olunub ki, ötən tədris illərində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında bir və bir neçə fəndən “qeyri-kafi” qiymət almış şagirdlərdən 8586 nəfəri imtahan vermək üçün müraciət edib və onların 6413 nəfəri (74,69%) orta təhsil kursu üzrə təkrar buraxılış imtahanlarında iştirak edib, onlardan 3852 nəfər (60,07%) müvəffəq, 2173 nəfər (25,31%) isə “qeyri-kafi” qiymət alıb.
Nazir ölkəmizin təhsil sistemində məktəbdaxili, milli və beynəlxalq qiymətləndirmə proqramlarının həyata keçirilməsindən bəhs edərək qiymətləndirmə siyasətinin təkmilləşdirilməsinin, bu sahədə treninqlərin təşkil olunmasının məqsədəuyğunluğunu vurğulayıb.
Mətbuat konfransının sonunda təhsil naziri Misir Mərdanov media nümayəndələrinin çoxsaylı suallarını cavablandırıb.


8 il əvvəl