• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İyunun 21-də Təhsil Nazirliyində “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin nəticələrinə dair Təşkilat Komitəsinin yekun iclası keçirilib.

Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq 3 il ərzində təşkil olunan bu müsabiqəyə sənəd təqdim edənlərin sayının getdikcə artdığını və müvafiq istiqamət üzrə görülən işləri xüsusi qeyd edib. Müsabiqənin əsas məqsədinin ən yaxşı müəllim və məktəblərin üzə çıxarılması olduğunu, bu prosesdə obyektivliyin və şəffaflığın qorunmasının əsas şərt kimi diqqətdə saxlanıldığını vurğulayan Misir Mərdanov bu işin həyata keçirilməsində xüsusi əməyi olan Təşkilat Komitəsinin hər bir üzvünə təşəkkürünü bildirib.
Sonra təhsil naziri 2010-cu ildə keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin yekununa dair arayışı iclas iştirakçılarının nəzərinə çatdırıb. Nazir bildirib ki, “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində iştirak üçün ölkəmizin əksər bölgələrini təmsil edən 123 məktəb Təşkilat Komitəsinə müraciət edib. Bu il də iştirakçılar arasında Bakı şəhəri məktəblərinin üstünlük təşkil etdiyini, 123 məktəbdən 49-nun (57 %) paytaxt məktəbləri olduğunu və Təhsil Nazirliyi nəzdindəki ümumi təhsil müəssisələrindən yalnız Respublika incəsənət gimnaziyasının iştirak etdiyini qeyd edib. Nazir qalan 73 məktəbin isə 34 kənd rayonunu (65 məktəb) və 3 şəhəri (8 məktəb) təmsil etdiyini açıqlayıb.
 Arayışda o da qeyd olunub ki, müsabiqədə iştirak üçün İsmayıllı, Yevlax, Ağstafa, Ağsu rayonlarının hər birindən 4, Sumqayıt və Şirvan şəhərlərinin, Cəlilabad, Tovuz, Masallı, Hacıqabul, Kürdəmir, Quba rayonlarının hər birindən 3, Gəncə şəhərinin, Qubadlı, Qazax, Qəbələ, Göyçay, Neftçala, Ucar, Saatlı rayonlarının hər birindən 2, 17 rayondan (Şamaxı, Qax, Şəmkir, Samux, Beyləqan, Lənkəran, Xaçmaz, Salyan, Şəki, Bərdə, Ağcabədi, Abşeron, Goranboy, Göygöl, Qusar, İmişli, Sabirabad) 1 məktəb müraciət edib. 123 məktəbin təqdim etdiyi sənədlər ekspertizadan keçirildikdən sonra 96 məktəb müsabiqənin II mərhələsinə buraxılıb. Bunlardan 47-si Bakı şəhərinin, 4-ü İsmayıllı rayonunun, hər birindən 3 olmaqla Sumqayıt və Şirvan şəhərlərinin, Quba, Hacıqabul, Ağstafa rayonlarının, hər birindən 2 olmaqla Gəncə şəhəri, Tovuz, Qəbələ, Ucar, Qazax, Kürdəmir, Qubadlı rayonlarının və hər birindən 1 olmaqla 15 rayonun (Şamaxı, Qax, Şəmkir, Yevlax, Lənkəran, Salyan, Masallı, Göyçay, Bərdə, Goranboy, Neftçala, Qusar, İmişli, Saatlı, Cəlilabad) məktəbləri və Respublika incəsənət gimnaziyası olub. Ekspertizadan keçdiyi halda, direktorları müəyyən nöqsanlara görə cəza aldıqları üçün Bakı şəhəri 94 və 151 nömrəli məktəblərin müsabiqənin II mərhələsində iştirakı Təşkilat Komitəsi tərəfindən məqsədəmüvafiq bilinmədiyindən  II mərhələyə 94 məktəb buraxılıb.
Misir Mərdanov digər məsələlərdən də söz açaraq vurğulayıb ki, müsabiqənin hər 3 mərhələsinin yekununa əsasən, 47 məktəb qalib hesab edilib. Qeyd olunanlarla yanaşı, nazir ölkəmizin bir sıra şəhər və rayonlarının məktəblərinin bu müsabiqədə iştirak etməməsini və ya zəif iştirak etdiyini təəssüf doğuran hal kimi dəyərləndirib.
 Təhsil naziri Misir Mərdanov daha sonra “Ən yaxşı müəllim” müsabiqəsinin yekunu barədə məlumat verərək bildirib ki, bu müsabiqədə iştirak üçün 460 nəfər müəllim sənəd təqdim edib, müsabiqə şərtlərinə uyğun gəlmədiyi üçün 9 nəfərin sənədləri qəbul edilməyib və 451 nəfərin sənədləri ekspertizadan keçirilib. Qeyd olunub ki, sənədləri ekspertizadan keçirilən müəllimlərin 206-sı (45.68%) Bakı şəhərinin, 51-i (11.31%) Sumqayıt şəhərinin məktəblərindən, 40-ı (8.87%) Təhsil Nazirliyinin nəzdindəki müəssisələrdən, 16-sı İsmayıllı rayonundan, 10-u Gəncə şəhərindən, 9-u Bərdə rayonundan, 7-si Göyçay rayonundan, hər birindən 6 nəfər olmaqla Lənkəran, Qazax, Xaçmaz rayonlarından, hər birindən 4 nəfər olmaqla Şirvan şəhəri, Ağstafa, Göygöl, Kürdəmir, Quba, Şamaxı, Yevlax rayonlarından, hər birindən 3 nəfər olmaqla Mingəçevir şəhəri, Abşeron, Cəlilabad, İmişli, Qax, Qəbələ, Qubadlı, Qusar, Samux, Tovuz, Ucar, Zaqatala rayonlarından, hər birindən 2 nəfər olmaqla Ağcabədi, Ağsu, Füzuli, Goranboy, Hacıqabul, Salyan, Şəmkir, Siyəzən rayonlarından, hər birindən 1 nəfər olmaqla Beyləqan, Şabran, Gədəbəy, Laçın, Masallı, Neftçala, Sabirabad, Tərtər, Xızı rayonlarından, eləcə də 3 nəfər Beynəlxalq ümumtəhsil özəl məktəbindən, 2 nəfər Bakı Slavyan Universiteti nəzdindəki humanitar liseydən olub. Bildirilib ki, ümumilikdə Təhsil Nazirliyi və ali məktəblərin nəzdindəki, habelə özəl məktəblər istisna olunmaqla müsabiqədə ölkənin 45 rayon və şəhərini 406 müəllim təmsil edib.
Bu müsabiqəyə sənəd təqdim etməyən rayonların adlarını xüsusi qeyd edən təhsil naziri Misir Mərdanov əlavə edib ki, ekspertizanın nəticələrinə görə 203 nəfər növbəti mərhələdə iştirak etmək hüququ qazanıb, onlardan 3 nəfər obyektiv səbəblərdən müsabiqənin II mərhələsində iştirak edə bilməyib. O da bildirilib ki, müsabiqənin III mərhələsində üzrlü səbəbdən iki nəfər iştirak etmədiyindən yekun mərhələdə 198 müəllimin təqdimatı dinlənilib.
Təhsil naziri müsabiqənin sonunda hər üç mərhələnin balları əsasında müəllimlərə yekun bal müəyyən edildiyini və ən yüksək nəticə göstərən 95 nəfər müəllimin qaliblər sırasına daxil olunduğunu vurğulayıb.
İclasda təhsil naziri Misir Mərdanov 2011-ci ildə keçiriləcək “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqəsinə dair təkliflərini və bununla bağlı bir sıra məsələləri diqqətə çatdırıb, ekspert komissiyalarının işinin daha da təkmilləşdirilməsinin, hər bir fənn üzrə sınaq dərslərinin yalnız bir komissiya tərəfindən dinlənilməsinin məqsədəuyğunluğunu qeyd edib.


8 il əvvəl