• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İyunun 21-də “Park İnn” mehmanxanasında “Elektron Təhsil” Respublika müsabiqəsinin yekunları ilə bağlı mərasim keçirilib.

Mərasim iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov bildirib ki, “Təhsildə İnternet texnologiyaları" və “Müasir məktəbdə elektron tədris resursları” istiqamətləri üzrə təşkil olunmuş müsabiqədə beş nominasiya üzrə qaliblər müəyyənləşdirilib. Təhsil Nazirliyinin təşəbbüsünü qəbul edib bu müsabiqəyə dəstək verən insanlara, şirkətlərə Azərbaycanın pedaqoji ictimaiyyəti adından təşəkkürünü bildirən nazir müsabiqənin əsas məqsədləri barədə məlumat verib. Misir Mərdanov qeyd edib ki, Microsoft Azərbaycan, Intel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, AZEDUNET, Ultra, Azerfon-Vodafone, HP, Mədəd təşkilatlarının dəstəklədiyi müsabiqənin məqsədi elektron tədris resurslarından, internet texnologiyalarından tədris prosesində istifadənin miqyasını genişləndirmək və informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir. Müsabiqəyə Bakıdan 850, Sumqayıtdan 125, regionlardakı məktəblərdən isə 500 nəfər müəllimin qatıldığını nəzərə çatdıran təhsil naziri bölgələr arasında Quba, Gəncə, Qazax, Zaqatala müəllimlərinin daha yüksək fəallıq göstərdiklərini vurğulayıb.
Sonda müsabiqədə beş nominasiyanın hər biri üzrə qalib gəlmiş şəxslərə noutbuklar, digər hədiyyə və mükafatlar təqdim olunub.


8 il əvvəl