• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İyunun 17-də Təhsil Nazirliyində Dünya Bankının nümayəndəsi Lire Ersadonun “Azərbaycan: təhsilə çıxış və təhsilin keyfiyyəti” mövzusunda təqdimatı dinlənilib.

Misir Mərdanov tədbiri açaraq son illər Təhsil Nazirliyi ilə Dünya Bankı arasında qurulan əməkdaşlıq və həyata keçirilən təhsil islahatlarından danışıb. Sonra Misir Mərdanov sözü  Dünya Bankının əməkdaşına verib.
Təqdimat iştirakçılarına təşəkkür edən Lire Ersado Azərbaycanda yaşayış şəraitinin qiymətləndirilməsinə dair hazırlanan hesabat barədə məlumat verib. Azərbaycanda insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində mühüm işlər həyata keçirildiyini diqqətə çatdıran qonaq ölkədə iqtisadi artımın mövcudluğundan, yoxsulluğun azaldılması üzrə görülən tədbirlərdən söz açıb. Bununla yanaşı tədqiq etdikləri digər sahələr haqqında məlumatları iştirakçıların nəzərinə çatdıran Lire Ersado təhsilin insanların həyat şəraitinin yaxşılaşdırılmasında rolunu qeyd edib, Azərbaycanda bu sahədə əldə olunun nailiyyətlər, həyata keçirilən işlər barədə məlumatlı olduqlarını bildirib.
Lire Ersado məktəbəqədər və ali təhsil sahəsində mövcud olan problemlər, Azərbaycanda ali təhsil müəssisələrinə qəbul göstəricilərindən də söz açıb, ölkədə insan resurslarının inkişafı baxımından bu sahəyə diqqətin daha da artırılmasının əhəmiyyətini qeyd edib.
Sonra təhsil sahəsinə dair xərclərə, azərbaycanlı şagirdlərin PİSA proqramında iştirakına, müəllimlər tərəfindən tədris materiallarının istifadə edilməsinə və digər məsələlərə dair slaydlar nümayiş etdirilib.
Tədbirdə təhsil naziri Misir Mərdanov məruzə-təqdimatda qeyd olunan bir sıra məsələlərə münasibətini açıqlayıb, eləcə də təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işləri nəzərə çatdırıb. Nazir keyfiyyətli təhsil verilməsinin önəmli olduğunu vurğulayaraq bu istiqamətdə nəzərdə tutulan tədbirlərdən danışıb, habelə, ilkin peşə təhsilinin inkişaf etdirilməsinin zəruriliyi haqqında fikirlərini bildirib.


8 il əvvəl