• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İyunun 11-də Azərbaycan Müəllimlər İnstitutunda I siniflərdə dərs deyəcək müəllimlər üçün Təhsil Nazirliyinin xüsusi proqramı üzrə 10 günlük treninq kursundan keçmiş “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisasının məzunlarına sertifikatlar təqdim olunub.

Öncə məzun Sevinc Babayeva “Müəllim hazırlığına verilən müasir tələblər və mən” mövzusunda təqdimatla çıxış edib.
Sonra müəllimin dərsdən əvvəlki təlimin təşkili məsələlərində idarəçilik bacarıqlarına aid kiçik səhnəcik göstərilib və  ana dili fənnindən “Ad bildirən sözlər” mövzusunda dərs nümayiş etdirilib.
Tədbirdə iştirak edən təhsil naziri Misir Mərdanov İ siniflərdə dərs deyəcək müəllimlər üçün təşkil olunan belə treninqlərin gələcəkdə davam etdirilməsinin önəmli olduğunu vurğulayıb. Misir Mərdanov Azərbaycan Müəllimlər İnstitutunun yerlərdəki filiallarında da artıq bununla bağlı müvafiq tədbirlərin həyata keçirildiyini, həm institutda, həm də filiallarda maddi-texniki bazanın, eləcə də kadr potensialının gücləndirildiyini qeyd edib. Təhsil naziri Azərbaycan Müəllimlər İnstitutu və onun filiallarının ilkin müəllim hazırlığında, məktəblərimizdə çalışan yüz minlərlə müəllimin müasir təlim texnologiyalarına yiyələnməsində bundan sonra da yaxından iştirak edəcəyinə əmin olduğunu bildirib. Çıxışının sonunda Misir Mərdanov məzunlara uğurlar arzulayıb.
 Sonda treninq kursunda iştirak etmiş “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisasının məzunlarına sertifikatlar təqdim edilib.


8 il əvvəl