• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İyunun 9-da Cənc Tamaşaçılar Teatrında Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) yaradılmasının 90 illik yubileyi təntənəli şəkildə qeyd olunub.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının yaranma tarixi və onun fəaliyyəti barədə məlumat verib. S.Mehbalıyev qeyd edib ki, bu təşkilat 1999-cu ildən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı adlanıb və yarandığı vaxtdan bu günə kimi öz üzvlərinin əmək, sosial-iqtisadi hüquqları və qanuni mənafelərini müdafiə edir. Təşkilatın öz sıralarında 5810 tədris müəssisəsində çalışan, oxuyan 384480 nəfər təhsil işçisi və  tələbəni birləşdirdiyini vurğulayan S.Mehbalıyev həmkarlar ittifaqı üzvlərinin 251299 nəfərinin qadınlar, 133181 nəfərinin kişilər, 76514 nəfərinin isə gənclər olduğunu diqqətə çatdırıb. Daha sonra S.Mehbalıyev bu təşkilatın beynəlxalq əlaqələrinin genişləndiyindən, 2000-ci ildən ştab-qərargahı Brüssel şəhərində yerləşən və öz sıralarında 149 ölkədən 30 milyon təhsil işçisini birləşdirən “Beynəlxalq Təhsil Birliyi”nin üzvü olduğundan söz açıb.
Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı bu gün özünün 90 illik yubileyini dünyaya inteqrasiya şəraitində, ölkədə aparılan uğurlu təhsil strategiyasına hər zaman yardım və dəstək, Təhsil Nazirliyi ilə işgüzar tərəfdaşlıq və səmərəli əməkdaşlıq mühitində fəaliyyət göstərməklə qeyd edir. Nazir bu təşkilatın kollektivinin ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın davamlı inkişaf strategiyasının həyata keçirilməsinə, təhsil sahəsində beynəlxalq standartlara uyğun islahatların gerçəkləşməsinə, milli təhsil quruculuğunun uğurla başa çatdırılmasına öz layiqli töhfələrini bundan sonra da verəcəyinə inandığını qeyd edib. Misir Mərdanov çıxışında həmkarlar təşkilatı ilə birgə gələcəkdə həyata keçirilməsi vacib olan məsələlərə aid təkliflərini nəzərə çatdırıb və 90 illik yubiley münasibətilə bu təşkilatın bütün kollektivini təbrik edib.
Sonra yubileylə əlaqədar ölkə başçısı tərəfindən imzalanmış sərəncama əsasən həmkarlar təşkilatının əməkdaşlarından 11 nəfərinə “Tərəqqi” medalı, digər 11 nəfərinə isə “Əməkdar mədəniyyət işçisi” fəxri adının döş nişanı və vəsiqələri təqdim olunub. Eyni zamanda Təhsil Nazirliyi tərəfindən həmkarlar təşkilatının 24 fəal üzvü “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı və 22 həmkarlar ittifaqı fəalı isə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi tərəfindən “Həmkarlar ittifaqında xidmətə görə” medalı ilə təltif edilib.  


8 il əvvəl