• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Rumıniyada 2021-2022-ci tədris ili üçün təqaüd proqramı

Rumıniya Xarici İşlər Nazirliyi 2021-2022-ci tədris ili üzrə təqaüd proqramı elan edir.

Təqaüd proqramı bakalavriat, magistratura və doktorantura səviyyələrini əhatə edir. Proqram çərçivəsində tədris rumın dilində aparılacaq.

Müraciət üçün son tarix 23 aprel 2021-ci ildir.

Təqaüd proqramı ilə bağlı əlavə məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.


3 il əvvəl