• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"İcma əsaslı məktəbəqədər təhsilin inkişafı" layihəsi cari tədris ilində

2020-2021-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil qrupları ölkə üzrə 50 rayon və şəhərdə təşkil edilib. Ümumi sayı 500-ə çatan bu qruplardakı 9207 nəfər 3-4 yaşlı uşaqlarla 486 tərbiyəçi-müəllim çalışır.

Qeyd edək ki, cari tədris ilindən layihənin rəsmi saytı (www.icmalayihesi.edu.az) istifadəyə verilib. Saytda layihə, keçirilən təlimlər, müəllim və uşaqların qəbulu, məktəbəqədər təhsil barəsində ətraflı məlumatlar yer alır. Layihənin  rəsmi “Facebook” səhifəsi də (https://www.facebook.com/ieutm) aktivdir. Eləcə də, layihə çərçivəsində valideynlərin uşaqların məktəbəqədər dövrünə dair müxtəlif mövzularda maarifləndirilməsi məqsədilə “ilk5il” internet səhifəsi  və mobil tətbiqi də fəaliyyət göstərir.

Bu qruplarda çalışan tərbiyəçi-müəllimlərin iş keyfiyyəti və mərkəzin ümumi texniki-infrastrukturunun monitorinqi üçün 21 mentor çalışır. Mentorlar sözügedən qruplarda tədris prosesi ilə yaxından tanış olur və tərbiyəçi-müəllimlərə lazımi dəstək göstərirlər.

Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, tərbiyəçi-müəllimlərin peşəkar inkişafı vebinar və videotəlimlər vasitəsilə həyata keçirilir. İndiyədək təşkil edilən vebinar və videotəlimlər əsasən “Oyun uşaq şəxsiyyətinin inkişafında aparıcı fəaliyyət kimi”, “Tərbiyəçilərlə valideynlər arasında ünsiyyətin xüsusiyyətləri”, “Məktəbəqədər yaşda olan uşaqların sosial-psixoloji adaptasiyası”, “Uşaqlarda erkən inkişafın qiymətləndirilməsi”, “Uşaqlarda düzgün oxu vərdişləri necə formalaşdırılmalıdır?” və digər bu kimi mövzuları əhatə edib.


3 il əvvəl