• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İyunun 5-də Təhsil Nazirliyində 2010-2011-ci tədris ilində I siniflərdə dərs deyəcək ibtidai sinif müəllimləri üçün təlim kurslarının təşkili vəziyyəti ilə bağlı iclas keçirilib.

İclas iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov bildirib ki, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə (TSİİL) çərçivəsində 2009-2014-cü illər ərzində təhsilin bir sıra mühüm sahələrini əhatə edən 6 komponent üzrə islahatların davam etdirilməsi nəzərdə tutulub. Bu komponentlər arasında müəyyən bağlılıq, sistemli əlaqələr olduğunu nəzərə çatdıran nazir yeni kurikulumu, təlim strategiyalarını və yeni qiymətləndirmə üsullarını uğurla həyata keçirmək üçün müəllimlərin pedaqoji bacarıqlarını, fənn üzrə biliklərini artırmağın, yeniləşdirməyin zəruriliyi məsələlərinə toxunub. Tədrisin və təlimin keyfiyyətinin yeni kurikulumu tədris edəcək, yeni qiymətləndirmə üsullarını tətbiq edəcək müəllimlərin hazırlığından asılı olduğunu vurğulayan Misir Mərdanov müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün müasir modellər tətbiq etməyin səmərəli olacağına inamını ifadə edib.
Müəllimlərin yeni kurikulumun tətbiqi üzrə təlim kurslarından keçirilməsi sahəsində son iki il ərzində qazanılan təcrübədən söz açan təhsil naziri I siniflər üçün yeni kurikulumun geniş miqyaslı tətbiqinə 2008-ci ilin sentyabrından başlanıldığı haqda məlumat verib. Nazir 2008-ci ildə Azərbaycanın bütün rayonları əhatə olunmaqla 9000 və 2009-cu ildə daha 9000 nəfər I sinif müəlliminin təlimdən keçdiyini qeyd edib. Misir Mərdanov Təhsil Nazirliyi ilə əldə edilən razılaşma əsasında YUNİSEF-in kurikulumun tətbiqinə kömək etmək üçün fəal təlim mövzusunda keçirdiyi kurslar barədə məlumat verib.
Nazir TSİİL çərçivəsində ikinci komponent üzrə icra planında müəyyənləşdirilmiş vəzifələrdən birinin də müəllimlərin ixtisasartırması üzrə xidmətlərin təşkili sahəsində rəqabət mühitinin yaradılması olduğuna diqqət çəkib. Bu istiqamətdə görülmüş işlərə toxunan Misir Mərdanov Təhsil Nazirliyi tərəfindən 2010-2011-ci tədris ilində I siniflərdə dərs deyəcək ibtidai sinif müəllimləri üçün təlim kursları keçəcək müəssisələrin tender yolu ilə müəyyənləşdirildiyini bildirib.
Tender komissiyalarının qərarı əsasında Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, “İnkişaf” Elmi Mərkəzi, Azad Müəllimlər Birliyi, Şəxsiyyətin İnkişafı və Yeni Pedaqoji Texnologiyalar üzrə İctimai Birliyinin qalib gəldiyini qeyd edən təhsil naziri ümumilikdə, 12 lot üzrə 127 təlim mərkəzində 109 təlimçi tərəfindən 8277 müəllimin kurslardan keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb. Nazir bildirib ki, təlim kurslarının 6 günlük, 36 saatlıq tədris planı və proqramı təsdiq edilib,  2010-2011-ci tədris ilində I siniflərdə dərs deyəcək ibtidai sinif müəllimlərinin yüksək səviyyədə hazırlanması üçün müəyyənləşdirilmiş öhdəliklərin Təhsil Nazirliyinin bu işə cavadeh olan əlaqələndiriciləri, rayon təhsil şöbələri, məktəb direktorları ilə sıx əməkdaşlıq şəraitində yerinə yetirilməsi qərara alınıb.
Təhsil naziri təlim kurslarının səmərəli keçirilməsi üçün bir sıra təkliflərini nəzərə çatdırıb və kurslarda iştirak edən müəllimlərə veriləcək sertifikatların dərəcələr üzrə bölünməsinin ümumi işin xeyrinə olacağı barədə fikirlərini bildirib.
Daha sonra çıxış edən Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü, Şəxsiyyətin İnkişafı və Yeni Pedaqoji Texnologiyalar üzrə İctimai Birliyin sədri Elxan Əmirbəyov və başqaları layihənin əhəmiyyətindən söz açıb, müəllimlərin təlimlərə cəlb olunması və uğurlu nəticələrin alınması baxımından Təhsil Nazirliyinin göstərdiyi hərtərəfli köməkliklərdən məmnun olduqlarını bildiriblər.
Sonda Təhsil Nazirliyi ilə Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, “İnkişaf” Elmi Mərkəzi, Azad Müəllimlər Birliyi, Şəxsiyyətin İnkişafı və Yeni Pedaqoji Texnologiyalar üzrə İctimai Birliyi arasında 2010-2011-ci tədris ilində I siniflərdə dərs deyəcək ibtidai sinif müəllimləri üçün təlim kurslarının təşkili üzrə müqavilələr imzalanıb.


8 il əvvəl