• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"Könüllülüyün BİR açarı" layihəsi

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə “Könüllülüyün BİR açarı” layihəsinə start verilib.

Layihənin məqsədi tələbə-könüllülərin dünyagörüşünün artırılması, intellektual düşünmə qabiliyyətinin inkişaf etdirilməsi və komanda ilə işləmə bacarığının aşılanmasıdır.

Layihə onlayn olaraq “Zoom” və “Facebook” platformalarında təhsil müəssisələrinə uyğun olaraq formalaşdırılmış komandalar şəklində təşkil ediləcək. "Könüllülüyün BİR açarı” adlı onlayn kvestdə intellektual suallar Qarabağa, şanlı qələbəyə həsr olunub. Layihədə iştirak edən tələbə-könüllülər sertifikat əldə edəcək. O cümlədən, I, II və III yer üzrə ən yüksək dərəcəni əldə edən iştirakçılar mükafatlandırılacaq.

Qeyd edək ki, Təhsil Nazirliyinin “Bir” tələbə-könüllü proqramı milli könüllü platforması kimi 24 000-dən çox üzvə malikdir. Tələbələrin şəxsiinkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 600-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.


3 il əvvəl