• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İyunun 2-də təhsil naziri Misir Mərdanovun iştirakı ilə Şirvan şəhərində müşavirə keçirilib.

Müşavirədə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov, Təhsil Nazirliyinin müvafiq şöbələrinin rəhbərləri, Şirvan şəhər, Sabirabad, Neftçala, Salyan, Saatlı, Hacıqabul, Zərdab, İmişli rayonları təhsil şöbələrinin müdirləri iştirak ediblər.
Müşavirədə adları qeyd olunan rayonların ümumtəhsil məktəblərində keçiriləcək buraxılış imtahanlarına hazırlıqla bağlı məsələlər müzakirə olunub. Təhsil naziri Misir Mərdanov müşavirənin dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Kür çayı ətrafındakı rayonlarda təhsilin vəziyyətinin araşdırılıb təhlil olunması məqsədilə keçirildiyini bildirib.
Sonra yaranmış vəziyyətlə bağlı ayrı-ayrı rayon təhsil şöbə müdirlərinin məlumatları, habelə buraxılış imtahanlarının keçirilməsi barədə təklifləri dinlənilib.
Müşavirədə belə bir yekdil rəyə gəlinib ki, təbii fəlakət nəticəsində əhali tərəfindən tərk edilmiş yaşayış məntəqələrindəki ümumtəhsil məktəblərinin şagirdləri psixoloji sarsıntıya məruz qaldıqlarına, imtahanlara hazırlaşmaq imkanından məhrum olduqlarına görə buraxılış imtahanlarından azad edilsinlər və onlara müvafiq təhsil sənədi illik qiymətlər əsasında verilsin. Həmin bölgələrin digər məktəblərində isə imtahanların Təhsil Nazirliyinin xətti ilə mərkəzləşdirilmiş qaydada aparılacağı diqqətə çatdırılıb.


8 il əvvəl