• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"Azərbaycanı tanıyaq" adlı virtual dərslər

Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə 23 noyabr tarixindən “Azərbaycanı tanıyaq” adlı virtual dərslərə start verilib.

Layihənin məqsədi gənc nəsildə vətənə məhəbbət hissinin daha da artırılması, Azərbaycanın mədəni irsi, tarixi, mədəniyyəti və turizminin dünya ölkələrinə tanıdılması, xaricdə yaşayan azərbaycanlı uşaq və gənclərin bu sahədə təbliğatlarının genişləndirilməsi, diasporlarla iş əlaqələrinin gücləndirilməsindən ibarətdir. 

Mövcud pandemiya ilə əlaqədar virtual təşkil olunan layihə çərçivəsində “Diyarşünaslıq”, “Ekoturizm”, “Azərbaycan mədəniyyəti”, “Milli rəqslər”, “Milli musiqi alətləri”, “Azərbaycan mətbəxi”, “Azərbaycan dili”, “Azərbaycan ədəbiyyatı”, “Sənətkarlıq” (xalçaçılıq, qurama, toxuma, dizayn), “Azərbaycan muğamı” daxil olmaqla 10 fərqli istiqamət üzrə dərslər keçirilir. Vebinar və virtual dərslər Azərbaycanın şanlı qələbəsi, işğaldan azad olunmuş şəhər və kəndlərin dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı uşaq və gənclərə tanıdılması, hərbi-vətənpərvərlik ruhunun təbliğinə həsr olunub.

Virtual dərslər respublikanın tanınmış müəllimləri, peşəkar təlimçilər tərəfindən xüsusi hazırlanmış proqram üzrə 7-11 və  12-16 yaş kateqoriyalarında Azərbaycan və ingilis dillərində tədris olunur. Proqramda Amerika Birləşmiş Ştatları, Kanada, Fransa, Türkiyə, Pakistan, Macarıstan, Tayland, Finlandiya, Şotlandiya və digər ölkələrdə yaşayan azərbaycanlı uşaq və gənclər iştirak edir.


3 il əvvəl