• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"Qarabağ Azərbaycandır!" şahmat üzrə onlayn beynəlxalq turnir

5-6 dekabr 2020-ci il tarixlərində “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır!” şahmat üzrə onlayn beynəlxalq turniri keçiriləcək.

17 yaşadək şahmatçılar arasında seçmə və final olmaqla 2 mərhələ üzrə təşkil olunacaq yarışda ölkə məktəbliləri ilə yanaşı xarici ölkələrin şahmatçıları mübarizə aparacaq. Yarışın final mərhələsində seçmə mərhələdə ilk 30 yeri tutan və finala birbaşa qatılmaq hüququ olan 2400-dən yuxarı reytinqli şahmatçılar mübarizə aparacaq.

Yarışların "Youtube" üzərindən canlı yayımı nəzərdə tutulub.

Turnirin əsasnaməsinə uyğun olaraq qaliblərə diplom və pul mükafatı təqdim olunacaq.

Qeyd edək ki, onlayn platforma üzərindən təşkil olunan “Qarabağ Azərbaycandır!” şahmat üzrə onlayn beynəlxalq turnirinin keçirilməsində məqsəd Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının qeyd edilməsi, dünyada koronavirus (COVİD-19) pandemiyasının geniş yayılması ilə əlaqədar tətbiq olunan karantin dövründə məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, müasir texnologiyalardan istifadə etməklə şahmatçıların yarış təcrübələrinin artırılmasından ibarətdir.

Turnirə dair müvafiq məlumatlarla qeyd olunan linklər vasitəsilə tanış ola bilərsiniz:

 

Turnirin internet səhifəsi:

www.tehsilchess.az/karabakh2020

 

Turnirin əsasnaməsi:

AZE: https://www.tehsilchess.az/wp-content/uploads/2020/04/AZ-Karabakh-is-Azerbaijan-Regulation.pdf

ENG: https://www.tehsilchess.az/wp-content/uploads/2020/04/EN-Karabakh-is-Azerbaijan-Regulation.pdf

RUS: https://www.tehsilchess.az/wp-content/uploads/2020/04/RU-Karabakh-is-Azerbaijan-Regulation.pdf

 

Turnir haqqında videotəqdimatlar:

AZE: https://youtu.be/yHdbgos0DjM

ENG: https://youtu.be/z6yenl7UJy0

RUS: https://youtu.be/T330nPTgEH4

 


3 il əvvəl