• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"Qələbə sevincimiz" adlı beynəlxalq onlayn görüş keçirilib

Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə Qarabağın işğaldan azad olunması münasibətilə “Qələbə sevincimiz!" adlı onlayn beynəlxalq görüş təşkil edilib.

Görüşün keçirilməsində məqsəd  qələbəmizi qeyd etmək, təhsilalanları vətənpərvərlik, ümumbəşəri dəyərlər ruhunda tərbiyə etmək, onlarda vətənə, torpağa məhəbbət hisslərini daha da artırmaq, xaricdə yaşayan azərbaycanlı uşaq və gənclərlə dostluq əlaqələrini möhkəmləndirməkdən ibarət olub.

Görüşə mərkəzin yetirmələri, Türkiyə, Rusiya, İspaniya, Almaniya, Kanada, Birləşmiş Ərəb Əmirlikləri, Tayland, Niderland, Myana, Amerika, Fransa, İsveç və Avstriyada yaşayan azərbaycanlı gənclər, eləcə də “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin rəhbəri Mayisə Ağamirzəyeva Gündoğdu və digər valideynlər qatılıb.

Görüşdə müharibə dövründə Azərbaycan xalqının birliyi, dövlət başçısının apardığı uğurlu islahatlar, güclü və qüdrətli Azərbaycan ordusunun düşməni məğlub etməsi və digər məsələlər barədə müzakirələr aparılıb,  erməni qəsbkarlarının xalqımıza qarşı etdiyi vəhşiliklər haqqında məlumatların dünyaya çatdırılması barədə müvafiq təkliflər edilib, fikir mübadiləsi aparılıb.


3 il əvvəl