• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"Qızıl hərflərlə yazılan tarix!" respublika onlayn rəsm müsabiqəsinə start verilib

Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 16 noyabr - 11 dekabr tarixlərini əhatə edən “Qızıl hərflərlə yazılan tarix!” respublika onlayn rəsm müsabiqəsinə start verilir.

Müsabiqənin keçirilməsində əsas məqsəd uşaqlarda Vətənə sevgi və məhəbbət hissi aşılamaq, təsviri sənət üzrə istedadlı uşaq və gəncləri aşkar etməkdən ibarətdir.

Müsabiqənin 3 yaş qrupu (6-9,10-13,14-17) üzrə keçirilməsi nəzərdə tutulub. Respublika üzrə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri müsabiqədə iştirak edərək 1 iş təqdim edə bilər.

Müsabiqəyə qatılmaq istəyənlər özləri barədə məlumatı (adı, soyadı, atasının adı, təvəllüdü, oxuduğu məktəb, sinif, məşğul olduğu müəssisənin şəhər (rayon) UGİM və iştirakçının əlaqə vasitəsi) hazırladıqları işlə birgə 30 noyabr 2020-ci il tarixinə kimi intiqam1962@mail.ru elektron poçt ünvana göndərməlidirlər. Həmçinin müsabiqə ilə bağlı +99450-426-01-53, +99450-367- 47-04 telefon nömrələri ilə əlaqə saxlanıla bilər.

Hər yaş qrupu üzrə qaliblər müsabiqənin Təşkilat Komitəsinin seçdiyi Münsiflər Heyəti tərəfindən müəyyən edilməklə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları ilə təltif olunacaqlar. Qalib işlər geniş işıqlandırılacaq.


3 il əvvəl