• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil naziri İctimai Şura üzvləri ilə onlayn görüşüb

Noyabrın 14-də Təhsil naziri Emin Əmrullayev Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə videokonfrans formatında görüşüb.

Görüşdə nazir 44 gün davam edən Vətən müharibəsinin şanlı zəfərlə yekunlaşması münasibətilə Şura üzvlərini təbrik edib, Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza isə şəfalar diləyib. Təhsil naziri bu müharibədə qazanılan qələbənin Azərbaycan tarixinin ən parlaq səhifəsi olduğunu diqqətə çatdırıb və bildirib ki, torpaqlarımızın işğaldan azad olunmasını şərtləndirən əsas səbəb ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin son illərdə həyata keçirdiyi güclü dövlət və ordu quruculuğu siyasətidir. Bu amil son hədəfə qədər uğurla irəliləməyimizi şərtləndirirdi, Azərbaycanın üçrəngli bayrağı doğma Qarabağda, Şuşada dalğalandı. Nazir Azərbaycana bu möhtəşəm zəfəri yaşadan dövlətimizin başçısı cənab İlham Əliyevə minnətdarlığını ifadə edib.

Sonra Təhsil naziri Emin Əmrullayev Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı təcavüzündən danışıb, müxtəlif şəhər və rayonlara raket zərbələri endirilməsi nəticəsində 10 məktəblinin həlak olduğunu, 16 məktəblinin yaralandığını və 50 təhsil müəssisəsinin dağıntılara məruz qaldığını diqqətə çatdırıb.

İşğaldan azad olunan torpaqlarımızda təhsil sahəsi üzrə görüləcək işləri xüsusi vurğulayan Təhsil naziri əlavə edib ki, artıq bununla bağlı tədbirlər planı hazırlanır və yeni yaradılacaq İşçi Qrupu bu istiqamətdə təxirəsalınmaz tədbirlər həyata keçirəcək.

Görüşdə vurğulanıb ki, bu tarixi zəfərimiz həm də Azərbaycan müəlliminin, Azərbaycan təhsilinin vətəndaş yetişdirmə məfkurəsinin qələbəsi sayılır.

İctimai Şuranın sədri Şahlar Əsgərov da öz növbəsində qələbə münasibətilə hər kəsi təbrik edib, gənclərimizdə milli-mənəvi dəyərlər və Vətənə sadiqlik tərbiyəsinin aşılanmasında məktəblərin rolunu xüsusi qeyd edib.

Videokonfransda İctimai Şura üzvləri gənclərimizin Vətən müharibəsində əsl vətənpərvərlik nümunəsi göstərməsini təhsilalanların bu ruhda tərbiyə edilməsi ilə əlaqələndirib, müharibədən sonrakı dövr ərzində görüləcək işlərlə bağlı rəy və təkliflər səsləndiriblər.


4 il əvvəl