• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Mayın 31-də Gənc Tamaşaçılar Teatrında Təhsil Nazirliyi və “Uşaqların xoşbəxt gələcəyi” İctimai Birliyi tərəfindən “Sülh göyərçiniyik biz” adlı 1 İyun–Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş bayram tədbiri keçirilib.

Tədbir iştirakçılarını və qonaqları salamlayan təhsil naziri Misir Mərdanov gələcəyimiz olan uşaqları 1 İyun–Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə səmimi qəlbdən təbrik edib, onlara sağlam və firavan həyat arzulayıb, təhsildə qazandıqları uğurların sırasını daha da genişləndirməyi, vətənpərvər olmağı tövsiyə edib.
Misir Mərdanov müstəqillik illərində ölkəmizdə uşaqlara xüsusi diqqət yetirildiyini, ulu öndər Heydər Əliyevin onlara daim qayğı ilə yanaşdığını nəzərə çatdırıb. Son illərdə Azərbaycanda uşaqların problemlərinin həlli baxımından atılan uğurlu addımlardan bəhs edən təhsil naziri ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq dövlət proqramlarının əhəmiyyəti barədə ətraflı söhbət açıb. Uşaq evlərində və internat məktəblərdə yaşayan uşaqlara Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən göstərilən qayğının həmin müəssisələrdə əsaslı dəyişikliklərə səbəb olduğunu bildirən nazir son illərdə respublikamızda 2000-dən çox məktəbin və tədris ocaqları üçün əlavə korpusların inşa edilməsini Azərbaycanda təhsil sahəsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi qəbul olunması ilə əlaqələndirib.
“Uşaqların xoşbəxt gələcəyi” İctimai Birliyinin sədri Nərgiz Kazımova hər zaman uşaqlara qayğının vacibliyini vurğulayıb, bu baxımdan ölkəmizdə dövlətin və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin səmərəli nəticələr verəcəyinə inandığını bildirib. 
Bayram tədbirində uşaq evlərinin və internat məktəblərinin yetirmələri musiqi və rəqs nömrələri ilə çıxış edib, “Aqlamur” modalar evi tərəfindən 10 nəfər uşaq üçün son dəblə tikilmiş paltarlar nümayiş olunub, uşaqlara bayram hədiyyələri paylanılıb.


8 il əvvəl