26.10.2020 15:57

Ermənistan Silahlı Qüvvələri Ağdamda məktəb binasını atəşə tutub

Oktyabrın 26-da səhər saatlarında  Ermənistan Silahlı Qüvvələri tərəfindən Ağdam rayonu Qaradağlı kənd tam orta məktəbi atəşə tutulub. Nəticədə məktəbə ciddi ziyan dəyib. 

Qeyd edək ki, Qaradağlı kənd tam orta məktəbində 400 şagird təhsil alır, 43 müəllim pedaqoji fəaliyyətlə məşğuldur. 

Bu günədək düşmən təcavüzü nəticəsində 40-dan çox məktəbə ziyan dəyib. 


Açar sözlər: