17.10.2020 10:22

Ermənilərin Gəncədə törətdiyi növbəti terror

Düşmənin silahlı qüvvələrinin oktyabrın 17-də gecə saat 01 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində ilkin məlumata görə, 3 uşaq olmaqla 13 nəfər həlak olub, 52 nəfərədək şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Hazırda zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Bu terror zamanı həlak olanlara Allahdan rəhmət, yaralılara isə şəfa diləyirik!