• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İşğal altında olan peşə təhsili müəssisələri

Ermənilər tərəfindən həyata keçirilən separatist fəaliyyət nəticəsində Dağlıq Qarabağ və işğal altında olan ətraf rayonlarda yerləşən 6 peşə təhsili müəssisəsinin fəaliyyəti tamamilə dayandırılıb, 5 peşə təhsili müəssisəsi isə müvəqqəti olaraq digər bölgələrə köçürülüb. Müvəqqəti olaraq digər bölgələrə köçürülən peşə təhsili müəssisələri arasında Kəlbəcər Peşə Məktəbi, Laçın Peşə Məktəbi, Cəbrayıl Peşə Məktəbi və Füzuli Dövlət Peşə Təhsil Mərkəzi yer almaqdadır. Qubadlı Peşə Məktəbi, Zəngilan Peşə Məktəbi, Şuşa Peşə Məktəbi, 1, 3 və 5 nömrəli Ağdam Peşə Məktəblərinin fəaliyyəti isə dayandırılıb.

Qeyd edək ki, işğaldan əvvəl Cəbrayıl şəhərində Cəbrayıl Peşə Məktəbi fəaliyyət göstərib, sözügedən şəhər 4 oktyabr 2020-ci il tarixindən etibarən Ordumuz tərəfindən azad edilib.


3 il əvvəl