• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

19 oktyabr tarixindən X-XI sinif şagirdləri sanitar-epidemioloji vəziyyətdən asılı olaraq müvafiq şəhər və rayonlarda əyani formada tədrisə cəlb ediləcəklər. Növbəti müddətdə COVİD-19 pandemiyasının yayılması ilə bağlı məlumatlar təhlil olunaraq tədris prosesinin gedişatı barədə ictimaiyyətə  əlavə məlumat veriləcək.

Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrində COVİD-19-a  yoluxmaların monitorinqi gündəlik olaraq aparılır. Müvafiq qurumların məlumatları əsasında bu günə qədər ölkə üzrə 55 sinif və 30 təhsil müəssisəsi distant tədrisə keçirilib.

Qeyd edək ki, “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq, 15 oktyabr tarixindən etibarən ümumi təhsilin tam orta təhsil səviyyəsi (X – XI siniflər) üzrə şagirdlərin əyani formada tədrisə başlaması nəzərdə tutulub.


3 il əvvəl