• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Tələbələrin və təhsil müəssisələrinin nəzərinə!

Təhsil Nazirliyi bildirir ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili müəssisələrinə cari tədris (2020-2021-ci) ilində qəbul olunmuş tələbələrin təhsil müəssisələrində qeydiyyatı Dövlət İmtahan Mərkəzi tərəfindən oktyabrın 12-dək uzadılıb.

Bildiyiniz kimi, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili müəssisələrinə cari tədris ilində qəbul olunmuş tələbələrin təhsil müəssisələrində qeydiyyatı üçün Təhsil Nazirliyinin https://e-telebe.edu.az elektron portalı fəaliyyət göstərir. Göstərilənləri nəzərə alaraq tələbələrin təhsil müəssisələrində qeydiyyatının aparılması üçün https://e-telebe.edu.az elektron portalına müraciət etmələri xahiş olunur.

Məlumat üçün bildirək ki, https://e-telebe.edu.az elektron portalı vasitəli ilə təhsil müəssisələrində birinci kurs tələbələrinin qeydiyyatı prosesində onların sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olub-olmaması avtomatik qaydada müəyyən edilir. Həmin tələbələrin 2020-2021-ci tədris ilinin payız semestri üçün təhsil haqqı xərclərinin ödənilməsi ilə bağlı informasiya sisteminə təkrar müraciət etmələrinə ehtiyac yaranmır.


3 il əvvəl