• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Ümumi təhsil müəssisələrində tədrisin təşkili ilə bağlı yeni normalara dair suallar və onların cavabları

Sual: Məktəbəhazırlıq qruplarında məşğələlər necə keçirilməlidir?

Cavab: Məktəbəhazırlıq qruplarında məşğələlərin dərs cədvəli nümunələri (bütöv qrup və yarımqruplar üçün) Təhsil Nazirliyinin rəsmi saytında yerləşdirilib https://edu.gov.az/az/page/555.  Regiondan asılı olmayaraq, əgər qrupda uşaq sayı sosial məsafəni gözləməklə uşaqların sinif otağında yerləşdirilməsinə imkan verirsə, məşğələlər həftədə 3 dəfə keçiriləcək. Bu zaman uşaq hər gün 4 məşğələdə (hər biri 30 dəqiqə olmaqla) iştirak edəcək. “Fiziki mədəniyyət” məşğələsinə ayrılmış 2 məşğələ saatı (30 + 30 dəqiqə) 3 yerə bölünür və hər dəfə 20 dəqiqə olmaqla təmassız oyunlardan istifadə etməklə məşğələlərarası fasilələrdə  keçirilir.

Qrupda uşaq sıxlığı yüksək olduğu halda, qrup iki yarımqrupa bölünür və hər yarımqrup həftədə 2 dəfə məşğələyə gəlir. Bu zaman “Fiziki mədəniyyət” məşğələsi üçün ayrılmış 2 məşğələdən biri “Ətraf aləmlə tanışlıq”, digəri isə “Bədii təfəkkürün inkişafı” məşğələsinə verilir.

Heç bir halda müəllimin izafi dərs yükü yaranmır.

 

Sual: Məktəbəhazırlıq qrupunda distant dərslər nəzərdə tutulurmu?

Cavab: Xeyr, nəzərdə tutulmur.

 

Sual: Məktəbəhazırlıq qrupu 2 yarımqrupa bölündüyü halda uşaqlar yalnız 6 saat təlim keçirlər. Belə olan halda onların almadıqları biliklər necə kompensasiya ediləcək?

Cavab: Qrupda uşaq sayı az olduğundan müəllimlər daha intensiv işləyərək 2 mövzunu əhatə edəcəklər. Həmçinin teledərslərdə məktəbəhazırlıq qrupu üçün məşğələ vardır. Həmin məşğələ həm də valideynlər üçün  tövsiyələr təqdim edir.

 

Sual: I – IV siniflərin dərs cədvəlində hansı yeniliklər var?

Cavab: Oktyabrın 1-dən I – IV sinif şagirdləri həftədə 3 dəfə əyani dərslərdə iştirak edəcək. Nümunəvi dərs cədvəlləri Təhsil Nazirliyinin rəsmi saytında yerləşdirilib.

Şagird sayı 200-dən az olan məktəblərdə (Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla) sinifdə şagirdlərin sosial məsafə gözlənilməklə yerləşdirilməsi mümkün olduğu halda, ibtidai siniflər həftədə 5 dəfə ənənəvi qaydada dərsə gələ bilərlər. Bu zaman fiziki tərbiyə dərslərinin keçirilməsi tövsiyə edilmir.

 

Sual: V – IX siniflər nə zaman əyani dərslərə başlayacaq?

Cavab: 1 oktyabr tarixindən V – IX sinif şagirdləri əyani dərslərə başlayıb. Bütün ölkə üzrə V – IX sinif şagirdləri həftədə 3 dəfə olmaqla əyani dərslərdə iştirak edirlər.

 

Sual: V –IX siniflərin dərs cədvəli necə qurulmalıdır?

Cavab: Dərs cədvəli nümunəsi (VII sinfin timsalında) Təhsil Nazirliyinin rəsmi saytında yerləşdirilib.

https://edu.gov.az/upload/file/ders-cedvelleri/ders-cedveli-7-ci-sinif-3gun-yarimqrup.pdf

https://edu.gov.az/upload/file/ders-cedvelleri/ders-cedveli-7-ci-sinif-3gun-butov-sinif.pdf

 

Sual: Sinifdə şagird sayı uşaqların bütöv siniflə dərs keçməsinə imkan verirsə, V – IX siniflər 5 gün dərsə gələ bilərmi?

Cavab: Xeyr. Sinifdə şagird sıxlığı uşaqların bütöv siniflə dərs keçməsinə imkan verdiyi halda belə, şagird və müəllim hərəkətliliyini azaltmaq məqsədilə onların həftədə 5 dəfə ənənəvi qaydada dərsə gəlmələri nəzərdə tutulmur. Epidemioloji vəziyyət yaxşılaşdıqca şagirdlərin məktəbə daha çox gəlməsi təmin ediləcək.

 

Sual: Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda şənbə günləri dərs keçirilə bilərmi?

Cavab: Xüsusi karanti rejimi tətbiq edilən regionlarda ictimai nəqliyyatın şənbə günü işləməməsini  nəzərə alaraq, dərslərin bir qismini həftəiçi 2-ci və ya 3-cü növbəyə salmaq tövsiyə edilir. Bu rejimi V – IX sinif şagirdlərinə tətbiq etmək məqsədəuyğundur.

 

Sual: Distant dərslər necə keçirilməlidir?

Cavab: Ölkədə hərbi vəziyyət qüvvədə qaldığı müddətdə teledərslərdən yararlanmaq və şagirdlərdə müstəqil öyrənmə bacarıqları formalaşdırmaq tövsiyə edilir.

 

Sual: Əyani dərslərin gündəlik sayını artırmaq olarmı?

Cavab: Tövsiyə edilən dərs cədvəllərində I – IV sinif şagirdləri üçün  həftədə 10-11 saat, V – IX sinif şagirdləri üçün isə 15 saat əyani dərs nəzərdə tutulur. Şagird yarımqrupları üçün əyani dərslərin miqdarını artırmaq bir neçə səbəbdən mümkün deyil:

I səbəb – müəllimin izafi dərs yükü yaranır ki, bu da yolverilməzdir.

II səbəb – şagird sıxlığını azaltmaq məqsədilə məktəblərin növbəli rejimə keçməsi və hər növbə arasında minimum 1 saat vaxtın sinif otağının dezinfeksiyasına və təmizlənməsinə ayrılması səbəbindən şagird yarımqruplarının gündəlik dərs yükünün artırılması cədvəldə problem yaradır.

 

Sual: X – XI sinif şagirdləri hazırda distant dərslərdə iştirak edə bilmirlər. Hansı tədbirlər görülür?

Cavab: X – XI sinif şagirdləri teledərslərə baxmaqla yaranmış fasiləni kompensasiya etməlidirlər.


3 il əvvəl