• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Xüsusi karantin rejimi dövründə peşə təhsili müəssisələrində tədrisin təşkili

Xüsusi karantin rejimi dövründə peşə təhsili müəssisələrində tədris prosesi 15 oktyabr tarixinədək distant formada davam etdiriləcək. Həmin tarixdən etibarən isə tədris prosesinin hibrid olaraq - əyani və distant formalarda təşkili nəzərdə tutulur.

Belə ki, oktyabrın 15-dən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yerləşən peşə təhsili müəssisələrində tədrisin əyani formada həftədə 2 dəfə, digər şəhər və rayonlarda yerləşən peşə təhsili müəssisələrində isə həftədə 3 dəfə tətbiq edilməklə uyğunlaşdırılmış tədris planları əsasında həyata keçirilməsi planlaşdırılır.

Distant tədrisin təşkili zamanı əsasən nəzəri modul və fənlərin tədrisinə üstünlük verilir. Distant dərslər virtual məktəb platforması üzərindən təşkil edilir və dərs saatının müddəti 30 dəqiqə müəyyən edilir. Sözügedən tədris prosesinin təşkili zamanı həmçinin teledərslərin izlənməsi xüsusilə təşviq edilir.

Əyani tədrisin təşkili zamanı dərslər yarımqruplar şəklində, qrupda tələbə sayı 15 nəfərdən az olduğu təqdirdə isə tam qrup şəklində aparılacaq. Riyaziyyat, Azərbaycan dili, xarici dil və çağırışaqədərki hazırlıq kimi fənlərin tədrisi əyani formada aparılacaq. Həmçinin tədris dili rus dili

olan qruplarda rus dili əyani tədris ediləcək. Dərslər növbəli cədvəl əsasında təşkil olunacaq, bundan əlavə modul və fənnin nəzərdə tutulan ümumi dərs saatları saxlanılmaqla, təlim nəticələri üzrə

mövzular birləşdirilərək yarımqruplarda tədris ediləcək. Ümumtəhsil fənləri üzrə əyani dərslər həftədə 3 dəfə tətbiq edildikdə həftəlik əyani tədris saatı 6 saat, həftədə 2 dəfə tətbiq edildikdə 4 saat, rus bölməsi üzrə isə 5 saat təşkil edir.

Bildiririk ki, əyani tədris formasında dərs saatı 30 dəqiqə müəyyən edilir. İstehsalat təlimi və modul üzrə praktiki dərslərdə 2 dərsin birləşdirilərək tədris edilməsi nəzərdə tutulur. Modullar blok formada ayrılmış cəmi dərs saatının miqdarı dəyişmədən onun tədrisinə ayrılan həftələr qısaldılaraq tədris ediləcək. Modul üzrə qiymətləndirmə bütün təlim nəticələrinin tədrisi başa çatdıqdan sonra 2 həftə ərzində aparılacaq.

 


3 il əvvəl