• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəbdənkənar təhsil müəssisələrinə elektron qeydiyyat sistemi istifadəyə verilib

2020-2021-ci tədris ili üzrə Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin dərnək və qruplarına qəbul üçün elektron qeydiyyat sistemi yaradılıb.

Sistemdən istifadə etmək istəyən şəxslər https://portal.edu.az/ linki üzərindən qeydiyyatdan keçməklə şagirdlərin meyl və maraqlarına uyğun idman və yaradıcılıq istiqamətləri üzrə seçim edərək, müxtəlif dərnək və qruplara üzv olmaq üçün müraciət edə bilərlər.

Qeydiyyatdan keçən şəxslərə qəbul, dərnək və qrupların dərs cədvəli, tədrisin formatı, həmçinin digər məlumatlar müvafiq müəssisələr tərəfindən əlaqə saxlanılaraq bildiriləcək.

Qeyd edək ki, uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların yaradıcılıq qabiliyyətləri və fiziki imkanlarının inkişafı məqsədilə fəaliyyət çərçivəsində uşaq-gənclər inkişaf mərkəzlərində təsviri incəsənət, dekorativ-tətbiqi sənət, xoreoqrafiya, musiqi, bədii və texniki yaradıcılıq, turizm və diyarşünaslıq, ekologiya və intellekt istiqamətləri üzrə dərnəklərin, uşaq-gənclər idman-şahmat məktəblərində idmanın 29 növü üzrə qrupların fəaliyyəti nəzərdə tutulur.

 

Məktəbdənkənar təhsil müəssisələri üçün elektron müraciət sistemi üzrə təlimat


3 il əvvəl