• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Peşə təhsili pilləsi üzrə müəllimlərin işə qəbuluna başlanılır

Sentyabrın 23-dən 2020-2021-ci tədris ili üzrə peşə təhsili pilləsinə müəllimlərin işə qəbulu müsabiqəsinə başlanılır.

Müsabiqə ümumi təhsil fənn müəllimi, ixtisas müəllimi və istehsalat təlim ustası vakansiyaları üzrə aparılır.

Sözügedən müsabiqə üzrə müraciətlərin qeydiyyatı https://portal.edu.az/ elektron müraciət portalı vasitəsilə həyata keçirilir.

Portal vakant olaraq müsabiqəyə çıxarılmış yerlərə elektron qaydada müraciət etmək, müvafiq sənədləri yükləmək, həmçinin müsabiqə mərhələsinə dəvət ilə bağlı məlumatlandırma baxımından nəzərdə tutulub. Elektron müraciət mərhələsi 1 oktyabr tarixinədək davam edəcək.

Aşağıda göstərilən meyarlar üzrə tələblərə cavab verən şəxslərin sözügedən müvafiq vakansiyalara müraciət etmək imkanı var:

- Ümumtəhsil fənn müəllimi - Orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji  ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər;

- İxtisas müəllimi (müxtəlif ixtisaslar üzrə əsasən nəzəri modul və fənləri tədrisi) - Orta ixtisas və ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər;

- İstehsalat təlim ustası (praktiki dərslərin tədrisi) -Orta ixtisas və ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər, həmçinin ümumi orta təhsilli və müvafiq sahə üzrə 3 ildən az olmayan əmək stajına malik şəxslər.

Müsabiqənin növbəti müsahibə mərhələsinin 7-17 oktyabr tarixlərində keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, müsabiqədə seçim zamanı müvafiq vakansiyalar üzrə namizədin MİQ və diaqnostik balı nəzərə alınacaq. Namizədə müsahibədə ixtisas, pedaqogika və metodika sahəsi üzrə biliklərinin,  həmçinin şəxsi keyfiyyətlərinin müəyyənləşdirilməsi üçün müvafiq suallar yönəldiləcək. Müsahibəni uğurla başa vurmuş namizədlər müraciət etdiyi vakansiya üzrə işlə təmin ediləcək. Peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsi çərçivəsində 257 vakant yer elan edilib.


3 il əvvəl