• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəblilər üçün Beynəlxalq Sülh Gününə həsr olunmuş rəsm müsabiqəsi

Məktəblilər arasında YUNESKO-nun 75 illik yubileyi çərçivəsində 21 sentyabr - Beynəlxalq Sülh Gününə həsr olunmuş “Sülhü birgə formalaşdıraq!” mövzusunda rəsm müsabiqəsi elan olunur.

Müsabiqə Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi və Azərbaycan YUNESKO Klublarının birgə təşkilatçılığı, YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının dəstəyi ilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun məktəbləri arasında keçirilir.

Müsabiqənin keçirilməsində məqsəd BMT və YUNESKO tərəfindən hər il qeyd olunan 21 sentyabr- Beynəlxalq Sülh Gününə uşaq və gənclərin diqqətini cəlb etmək, onlara sülh mədəniyyəti, xalqlar və insanlar arasında qarşılıqlı anlaşma, dostluq münasibətlərinin əhəmiyyətini, milli dəyərlərimizi, tolerantlıq və multikulturalizm ənənələrini aşılamaq, habelə bədii-estetik səviyyələrini yüksəltmək, xüsusi istedada malik olan uşaqları aşkarlamaq və onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir. 

Müsabiqə üç yaş qrupu üzrə (6-9, 10-14, 15-17 yaşlı)  uşaq və gənclər arasında keçirilir. Hər yaş qrupu üzrə 3 qalib müəyyən olunacaq. Müsabiqənin birinci mərhələsində hər rayon üzrə üç yaş qrupu üzrə qaliblər seçiləcək, sonra onlar arasında müvafiq yaş qrupları üzrə ümumilikdə 9 qalib müəyyən ediləcək.    

Birinci mərhələ üzrə rəsmlərin qəbulu noyabrın 15-dək davam edəcək və 30 noyabr tarixinə qədər qaliblər elan olunacaq. İkinci mərhələnin qaliblərinin  isə dekabr ayında elan olunması nəzərdə tutulur. 

Mövzu və düzgün kompozisiyaların üstünlük  veriləcəyi müsabiqədə ən çox şagirdlərin öz duyğuları ilə işlənən əsərlər seçiləcək.

Sonda qaliblər fəxri diplomlarla mükafatlandırılacaq. 


3 il əvvəl