• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Nazir müavini Məhəbbət Vəliyeva Sumqayıtda məktəb açılışında iştirak edib

Sentyabrın 15-də Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsində yerləşən 9 nömrəli tam orta məktəb üçün yeni tikilmiş tədris binasının açılış mərasimi keçirilib. 

Açılış mərasimində Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Arzu Alızadə və məktəb direktoru iştirak edib. 

Açılışda məlumat verilib ki, Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə məktəbin binası tam sökülərək yerində müasir tələblərə cavab verən 1176 şagird yerlik yeni bina inşa edilib. 4 korpusdan ibarət olan məktəb binasında 69 sinif otağı, müasir istilik sistemi ilə təchiz olunmuş fənn kabinetləri, laboratoriyalar, yeməkxana, qapalı idman və akt zalı, kompüter otaqları fəaliyyət göstərəcək. Məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb. 

Daha sonra məktəbdə yaradılmış şəraitlə tanışlıq olub. 


3 il əvvəl