• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"Rəqəmsal bacarıqlar" layihəsinə yeni qoşulan məktəblərin direktorları ilə onlayn konfrans

“Rəqəmsal bacarıqlar" layihəsinin tətbiq olunacağı yeni ümumi təhsil müəssisələrinin direktorları ilə onlayn konfrans keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin rəisi Vüsal Xanlarov, "Rəqəmsal bacarıqlar" layihəsinin rəhbəri Nilüfər Rəhimova, "Alqoritmika - Azərbaycan” şirkətinin layihələr üzrə şöbəsinin direktoru Qəmər Məmmədova və təhsil müəssisələrinin direktorları iştirak ediblər.

Tədbirdə çıxış edən Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin rəisi Vüsal Xanlarov yeni tədris ilində təhsil prosesinin karantin rejimində təşkili qaydaları barədə danışıb.

Daha sonra Nilüfər Rəhimova və Qəmər Məmmədova layihənin yeni məktəblərdə tətbiq olunma  mərhələləri barədə ətraflı məlumat veriblər. Şagirdlərin alqoritmik və məntiqi düşüncə qabiliyyətlərini, eləcə də proqramlaşdırma bacarıqlarını inkişaf etdirmək məqsədi ilə Azərbaycanda “Rəqəmsal bacarıqlar" layihəsinin 2017-2018-ci tədris ilindən etibarən həyata keçirildiyi qeyd olunub.

Bildirilib ki, yeni tədris ilində layihəyə 100 yeni məktəb cəlb olunacaq.  Beləliklə, 2020-2021-ci tədris ilində layihə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Biləsuvar, Şamaxı, Lənkəran, Şirvan və Şəki üzrə 222 məktəbin II-IX siniflərindən ibarət olan 100 mindən çox şagirdi və 1100-dən çox müəllimi əhatə edəcək.

Layihə barədə ətraflı məlumat verildikdən sonra layihə təmsilçiləri direktorların suallarını cavablandırıblar.


3 il əvvəl